Qırmızı işıqda keçən Kamaz qəzaya səbəb oldu
Icma.az bildirir, Axar.az portalına istinadən.
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində zəncirvari qəza qeydə alınıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisəyə səbəb “Kamaz” markalı yük avtomobilinin işıqforun qırmızı işığında dayanmayaraq hərəkətini davam etdirməsi olub.
Nəticədə yük avtomobili qarşısında hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb və zəncirvari qəza baş verib.
Hadisə zamanı “Kamaz”ın sürücüsü xəsarət alıb. Digər avtomobillərə isə ciddi ziyan dəyib.
Qəza səbəbilə ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub və görülən tədbirlər nəticəsində tıxac aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Qırmızı işıqda keçən sürücü qəzaya səbəb oldu ANBAAN GÖRÜNTÜ
11 Fevral 2026 11:10
Qırmızı işıqda keçdi, zəncirvari qəzaya səbəb oldu VİDEO
17 Yanvar 2025 09:49
Qırmızı işıqda keçən skuter qəza törətdi
14 Sentyabr 2026 15:36
İşıqforun qırmızı işığından keçən motosiklet qəzaya SƏBƏB OLDU VİDEO
27 Noyabr 2024 11:08
Svetoforun qırmızı işığından keçən motosiklet qəzaya səbəb olub
27 Noyabr 2024 10:52
Baxış sayı:245
Bu xəbər 06 May 2026 01:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















