“Qırmızı Körpü”də 700 yük maşını növbədədir Rəsmi
Icma.az, Axar.az saytına istinadən bildirir.
Avqustun 21-də Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrində giriş və çıxış istiqamətində canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayı açıqlanıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Axar.az-a verilən məlumata görə, Rusiya ilə sərhəddə yerləşən “Xanoba” gömrük postunda 1, “Samur” gömrük postunda isə 134 yük nəqliyyat vasitəsi növbədədir.
Gürcüstanla sərhəddə “Mazımqara” gömrük postunda növbədə olan yük nəqliyyat vasitələrinin sayı 7, “Qırmızı Körpü” gömrük postunda isə 700-dür.
İran İslam Respublikası ilə sərhəddə “Biləsuvar” gömrük postunda növbə qeydə alınmayıb, “Astara” gömrük postunda isə 52 yük nəqliyyat vasitəsi növbədədir.
AYNA bildirir ki, sərhəddə yük nəqliyyat vasitələrinin sayı barədə canlı məlumatları Dövlət Gömrük Komitəsinin saytından izləmək mümkündür.
Bununla yanaşı, daşıyıcılar giriş zamanı çıxış postunu özləri müəyyən edə bilərlər. Çıxış istiqamətində növbənin çox olduğu halda isə gömrük əməkdaşlarına müraciət etməklə çıxış postunu dəyişmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 21 Avqust 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















