Icma.az
close
up
RU
“Qırmızı Körpü”də növbə: sürücülər günlərlə gözləyir

“Qırmızı Körpü”də növbə: sürücülər günlərlə gözləyir

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 1 030 avtomobil gözləyir.

Gununsesi.info  bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük postunda 47, Azərbaycan-İran sərhədindəki “Astara” gömrük postunda isə 37 yük maşını var.

Hazırda “Xanoba”, “Mazımqara” və “Biləsuvar” gömrük postlarında gözləyən avtomobil yoxdur.

APA-nın məlumatına görə, Gürcüstan tərəfdə, Marneuli istiqamətində yüzlərlə TIR-ın növbə gözlədiyi bildirilir.

Məlumata görə, yük maşınlarından ibarət növbə bir neçə kilometrə qədər uzanır.

Azərbaycanın Gürcüstanla sərhədində yerləşən “Qırmızı Körpü” gömrük-keçid məntəqəsi regionun əsas yük marşrutlarından biridir. Buradan hər gün yüzlərlə yük avtomobili keçir. Son günlər isə məntəqənin Gürcüstan tərəfində TIR-ların sıxlığı müşahidə olunur.

Sərhəddəki vəziyyət xüsusilə beynəlxalq yükdaşıma ilə məşğul olan sürücülərin işinə təsir edir. Onların fikrincə, sərhəddə gözləmək daşınan mallara görə əlavə risk və özləri üçün əlavə xərcə səbəb olur.

Gürcüstan ərazisində yaranan növbə sərhədin Azərbaycan tərəfində də yük avtomobillərinin hərəkətinə təsirsiz ötüşmür. Nəticədə sürücülər sərhədi keçmək üçün uzun müddət gözləməli olurlar. Məsələ təkcə vaxt itkisi ilə məhdudlaşmır. Yük avtomobillərinin uzun müddət yolda qalması yanacaq sərfiyyatını artırır, sürücülərin istirahət imkanlarını məhdudlaşdırır və daşınan məhsulların təyinat yerinə çatdırılma müddətini uzadır.

Sürücü Hasan Sarısoy bildirir ki, Gürcüstan ərazisində parka daxil olmaq üçün üç gün gözləyiblər. Daha sonra isə parkda daha dörd gün növbə gözləməli olublar. Onun sözlərinə görə, sürücülər yollarda ağır vəziyyətlə üzləşirlər: “Azərbaycana girişdə çox problem var. Səbəbini soruşanda deyirlər ki, Gürcüstan tərəfi işləmir”.

Digər sürücü Əli Əyrica isə uzun növbələr səbəbindən günlərinin böyük hissəsini yollarda keçirdiyini deyir.

Sürücülərin bir qismi yaranmış sıxlığın səbəblərindən biri kimi Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik tədbirlərinin artmasını və nəqliyyat axınının Gürcüstan marşrutuna yönəlməsini göstərir.

35 ildir Azərbaycana gəlib-getdiyini deyən sürücü Hüseyn Yanık isə bu müddət ərzində belə çətinliklə qarşılaşmadığını bildirir: “35 ildir ki, Azərbaycana gəlib-gedirəm. Bu qədər çətinlik bu zamana qədər olmamışdı. Bunun bir neçə səbəbi var. Birinci səbəbi də Ukrayna müharibəsidir. Dənizdəki gəmilər TIR-ları daşıya bilmirlər. Ona görə də bu tərəfdə sıxlıq yaranıb. Sıxlıq olduğu halda dövlətlərin təhlükəsizlik tədbirləri görməsi gündəmə gəlir. Bundan bir il əvvəl 100 maşın gəlirdisə, indi 500-1000 maşın gəlir”.

Sürücü Məhəmməd Çaylı da Gürcüstan ərazisində yaranan vəziyyətdən narazıdır: “Bura yük gətirmişik. Biz Gürcüstan tərəfində olmazın əziyyətini çəkirik. Yol qırağında o qədər park var, amma 20 kilometr maşın tıxacı yaranıb. Əgər göndərə bilmirlərsə, başqa qapılara yönəltsinlər bizi”.

Dövlət Gömrük Komitəsindən məsələ ilə bağlı “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan-Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq Azərbaycan və Gürcüstan gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb.

“Sıxlığın aradan qaldırlıması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb”, – qeyd edilib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Avqust 2026 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri