Icma.az
close
up
RU
Qırmızı çuğundurun FAYDALARI

Qırmızı çuğundurun FAYDALARI

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qırmızı çuğundur ikiillik bitki olub, kökündən istifadə edilən tərəvəzlər qurupuna daxildir. Qırmızı çuğundurun vətəni Aralıq dənizinin sahilləri hesab edilir.

Bitkinin maraqlı olmasına səbəb insanların onun yarpaqlarından deyil kökündən istifadə eləməsidir. Bu tərəvəzdən ən çox qədim romalılar istifadə etməyi xoşlamışlar. Onlar çuğundurun yarpaqlarını şəraba qataraq istifadə etmişlər. Tiber imperatorunun qərarına görə qədimdə almanlar romalılara qırmızı çuğundura görə pul ödəmişlər. Qədim zamanlarda Yunanıstanda da yemək hazırlayarkən çuğundurdan istifadə edilmişdir.

Çuğundur kökünün qida rasionuna daxil edilməsi ilk dəfə avropalılar tərəfindən bizim eranın əvvəllərinə təsadüf edir. Slavyanların dediklərinə görə qırmızı çuğundur Vizantiya imperiyası dövründən dünyaya yayılıb. Bu bitkidən XI-ci əsrdə Rusiyada da istifadə edilib. Çuğundur slavyan bostan bitkilərinin siyahısında ən başda gələnlərdən hesab edilir. İndi dünyanın bütün ölkələrinin mətbəxində çuğundurdan geniş istifadə edilir.

Bir ortaboy çuğundurda 45 kkalori var. O orqanizmdən xolesterini təmizləyir. Bu səbəbdən də çuğundurdan müxtəif dieta rasionlarında itifadə edilir. 100 qram çuğundurda olan qida dəyəri:

- Zülallar - 1,5 qr

- Yağlar - 0,1 qr

- Karbohidratlar - 8,8 qr

- Su - 86 qr

- Kalori - 45kKal.

Qədim zamanlarda çuğundurdan sinqa xəstəliyində və avitaminozlar zamanı istifadə edilib. Tərkibində olan askorbin turşusu və karotin onun orqanizm üçün çox faydalı olduğunu sübut edir. Bir çox tibb elminin adamları çuğundur suyu vasitəsilə mədə-bağırsaq sisteminin təmizlənməsini orqanizm üçün faydalı hesab edir. Çuğundur şirəsini içdikdən 1-2 saat sonra sidiyin və nəcisin rəngi dəyişir. Bu da çuğundurun detoksikasiyaya başlamasının göstəricisidir. Çuğundur qaraciyərdən, böyrəklərdən, qandan - bir sözlə bütün orqanizmdən toksinləri təmizləmək qabiliyyətinə malikdir.

Çuğundur şirəsi orqanizmdən zəhərlənmə əlamətlərinin azalmasına səbəb olur. Azqanlılıq zamanı çuğundur şirəsinin orqanizmə faydası çox böyükdür. Müalicə məqsədilə çuğundur, yerkökü və turpun qarışımından hazırlanan şirədən istifadə edilir. Qarışımdan bir neçə ay əzində yeməkdən əvvəl 1-2 xörək qaşığı qəbul etmək lazımdır.Qanazlığının müalicəsi zamanı çuğundurun təzə sıxılmış şirəsindən istifadə edilməlidir. Tərkibində yodun miqdarının çox olduğuna görə çuğundur digər tərəvəzlərdən üstün sayılır. Ondan ateresklerozun müalicə və profilaktikasında geniş istifadə edilir. Bu xəstəlikdən əziyyət çəkən xəstələr tez-tez qida rasionuna qırmızı çuğundur əlavə etdikdə xəstəliyin əlamətləri azalır. Tərkibində maqniumun çox olması çuğundur şirəsinin arterial təzyiqi aşağı salınmasında olan rolunu fəallaşdırır. Xalq təbabətində çuğundur şirəsindən sakitləşdirici və təzyiqsalıcı kimi itifadə edilir. Sakitləşdirici vasitə kimi çuğundur şirəsinə bir miqdarda bal əlavə edilib içilir. Tərkibində olan təbii turşular və liflər sayəsində çuğundurdan qəbizliyi aradan qaldırmaq üçün istifadə edilir. Bu zaman hər səhər acqarına 100 qram bişmiş çuğundur yeyilir.

Dəridə olan yaraları və şişləri aradan qaldırmaq üçün çuğundur toxumlarından hazırlanmış sıyıqdan istifadə edilir. Bu sıyığı yaralara sürtdükdə xəstəliyin əlamətlərini azaldr.
Akademik Bolotov mədə, bağırsaq və qan damarlarının çuğundur vasitəsilə təmizlənməsinin orqanizm üçün çox faydalı olduğunu tövsiyə etmişdir. Bunun üçün hər gün yatmazdan əvvəl bir çuğunduru sürtkəcin xırda gözündən keçirib suyunu sıxıb içmək lazımdır. Bu zaman orqanizmdə olan toksinlər, ağır metal duzları, mədə-bağırsaqda yığılıb qalan kanserogen maddələri xaric olunur. Mədə bağırsaqların daha yaxşı təmizlənməsi üçün çuğundur şirəsinin üzərinə yulaf kəpəyi əlavə edilir və bişirilib yeyilir. Aybaşı pozğunluqları zamanı ayabaşı vaxtından bir həftə əvvəl gündə yarım stəkan çuğundur şirəsi içilir və sidik kisəsi nahiyəsi yüngül massaj edilir. Bu aybaşının normallaşmasına səbəb olur. Mütəxəsislər sağlam insanlara il ərzində 6 kq təzə halda, 16 kq isə bişirilmiş halda çuğundur yeməyi məsləhət bilir.
Payız aylarında qırmızı çuğundurun yarpaqları onun kökündən daha faydalı olur. Bu mövsümdə çuğundur yarpaqlarından salatlarda istifadə etməkdə çox fayda var. Onun yarpaqlarını sirkəyə qoyduqda daha da dadlı olur.

Çuğundurun zərərli xüsusiyyətləri

Böyrək daşı xəstəliyi olan adamlar çuğundur yeyən zaman diqqətli olmalıdırlar. Belə xəstələrə cuğundurdan istifadə eləmək olmaz. Belə ki, böyrəklərində daş olan xəstələr tez-tez çuğundur yedikdə daş əmələ gəlmə prosesi sürətlənir.

Çuğundur bağırsaq möhtəviyyatını yumşaldır. Buna görə də ishaldan əziyyət çəkənlərə çuğundurdan istifadə etmək məsləhət görülmür. Çuğundurun kökündə azot turşusu birləşmələri var ki, bu da orada zərərli bakteriyaların artıb çoxalmasına səbəb olur. Onun kökündən istifadə edən zaman yaxşı qaynatmaq və ya isti havada bir-neçə saat saxlamaq lazımdır. (milli.az)

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1527

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see262

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see234

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see226

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see223

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see214

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see210

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see206

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see204

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see202

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see188

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see180

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see177

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see174

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see170

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see168

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see164

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see159

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see154

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri