Icma.az
close
up
RU
“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

“Qırxdan sonra…” filminin xüsusi nümayişi keçirildi

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Qırxdan sonra…” adlı qısametrajlı bədii filmin yalnız qadınlar üçün təşkil olunan xüsusi nümayişi keçirilib.

Kulis.az xəbər verir ki, sənətşünaslar, teatr və kino xadimləri, media nümayəndələri, həmçinin cəmiyyətin fərqli sahələrində çalışan və uğur qazanan qadınların iştirak etdiyi nümayişdən sonra ekran əsəri ətrafında geniş müzakirələr aparılıb.

Tragikomediya janrında çəkilən “Qırxdan sonra…” filminin ssenari müəllifləri Saida Haqverdiyeva və Sevda Sultanova, quruluşçu rejissoru isə Saida Haqverdiyevadır. Xronometrajı 30 dəqiqə olan ekran əsərinin görüntü rejissoru Şahmar Səfəroğludur.

Film yaşı qırxı keçmiş, ailə-məişət qayğıları və peşəkar həyatda görünməzləşmə problemi ilə üzləşən iki aktrisanın həyatından bəhs edir. Əsas qəhrəmanlardan biri illər əvvəl teatrdan uzaqlaşsa da, digəri sənətdə qalmaq, yenidən səhnəyə, ekrana qayıtmaq və özünü təsdiqləmək, parlaq keçmişini qaytarmaq uğrunda mübarizə aparır. O, zaman keçdikcə kinoda və teatrda ona olan tələbatın azaldığını hiss etsə də, bu reallıqla barışmaq istəmir.

Ekran əsərində aktyorların və xüsusilə qadın sənət adamlarının daxili dünyası, psixoloji sarsıntıları, peşə və həyat arasında yaşadıqları ziddiyyətlər tragikomik hadisələr fonunda təqdim olunur. Film həm də cəmiyyətin sənət adamlarının görünməyən tərəflərinə diqqət çəkməyi hədəfləyir.

“RS Production”un istehsalı olan filmdə rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər. Layihənin prodüserləri Kəmalə Nəhmətova və Səidə Haqverdiyeva, montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyov, redaktoru isə Həmidə Rüstəmovadır.

Rejissor Saida Haqverdiyeva çıxışında qadınların yaşantılarına, daxili dünyasına varan bu kimi nümunələrə ehtiyac olduğunu və elə bu işi də o daxili tələbatdan ərsəyə gətirdiklərini bildirib.

Vurğulayıb ki, “Qırxdan sonra…” filmi qadın taleyinə qadın baxışını əks etdirən ekran işləri silsiləsinin ilk hissəsidir və yaxın gələcəkdə aktrisaların yaşantılarına həsr olunan növbəti qısametrajlı filmin çəkilişlərinə başlanacaq.

Nümayişdən sonra film haqqında təəssüratlarını bölüşən sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, kino rəssamı, animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Firəngiz Qurbanova, caz ifaçısı Tünzalə Qəhrəman da ekran əsəri barədə təəssüratlarını bölüşüblər.

Çıxışlarda ekran əsərinin xüsusilə qadın psixologiyasına həssas yanaşmasını, mövzunun səmimiliyini və aktrisaların emosional ifasını yüksək qiymətləndiriblər. Müzakirələr zamanı qeyd olunub ki, “Qırxdan sonra…” çağdaş Azərbaycan kinosunda az toxunulan bir mövzunu – orta yaşlı qadının sənətdə özgələşməsi problemini – emosional və eyni zamanda realist dildə təqdim etməyi bacarıb. Tamaşaçılar filmdəki tragikomik atmosferin həyat həqiqətləri ilə üzvi şəkildə birləşdiyini, qəhrəmanların yaşadıqları daxili böhranların süni dramatizmdən uzaq təsvir olunduğunu vurğulayıblar.

Həmçinin qeyd ediblər ki, ekran əsərinin bədii-estetik həllində minimalist yanaşma diqqəti cəlb edir. Rejissor hadisələri pafosdan uzaq, müşahidəçi rakursdan təqdim etməklə qəhrəmanların daxili sarsıntılarını vizual detallar vasitəsilə açmağa çalışır. Məkan seçimi, səhnələrin ritmi və pauzalardan istifadə personajların tənhalığını və daxili yorğunluğunu gücləndirən əsas estetik elementlərdən biri kimi çıxış edir. Film boyu məişət mühiti ilə səhnə arxası atmosferinin paralel təqdimatı aktrisa həyatının ikili dramatizmini — ictimai görünüş və şəxsi ağrı arasındakı ziddiyyəti qabardır.

Görüntü rejissoru Şahmar Səfəroğlu yaxın planlardan və sakit, müşahidəçi kadrlardan istifadə etməklə obrazların emosional vəziyyətini tamaşaçıya daha yaxınlaşdırır.

Yaradıcı heyəti təbrik edən çıxışçılar bu mövzuda filmlərin daha çox çəkilməsi arzularını da dilə gətirdilər.

"İlham Əziz tələyə düşməyib" - Rəşad Səfər İTV-nin baş direktoru vəzifəsinə 11 iddiaçı var - SİYAHI Janna Friskenin məzarında qəribə hadisə - Mərhum müğənninin şəkli zərər gördü
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 May 2026 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri