Icma.az
close
up
RU

525ci qəzet “Qırxdan sonra…”nın təqdimatı olub

Icma.az bildirir, 525.az portalına istinadən.

"Nizami" Kino Mərkəzində “Qırxdan sonra…” adlı qısametrajlı filmin təqdimatı keçirilib. 

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru, ssenarist Saida Haqverdiyevanın rejissoru olduğu filmin təqdimat mərasimində tanınmış incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər. 

Təqdimat mərasimində filmin ssenaristlərindən olan kinoşünas Sevda Sultanova yaradıcı heyətin əksəriyyətinin qadınlardan ibarət olduğunu vurğulayıb. 

Filmdə rol alan Zümrüd Qasımova tamaşaçılara filmin ideyasının necəərsəyə gəlməsindən danışıb: “Səidə xanımın otağı bizim yaradıcılıq məkanımızdır. Orda fərqli və maraqlı ideyalar olur. Mən, Səidə xanım, Sevda xanım və Həmidə xanım bir gün həmin otaqda söhbət edirdik. Bir neçə aktrisa da başladı öz problemlərindən danışmağa. Onlardan biri bildirdi ki, 40 yaşı olduğuna görə daha onu filmlərə çəkmirlər, daha çox gənc aktrisalara ehtiyac duyurlar. Məişət problemlərindən danışa-danışa ssenaristlərimiz Sevda Sultanova və Saida Haqverdiyevaya yeni film üçün ideya verdilər və beləcə bu film ərsəyə gəldi”.  

Filmdə rol alan aktrisa Gülçöhrə Abdullayeva Saida Haqverdiyevanın onu bu film sayəsində yenidən kəşf etdiyini bildirib: “İlk dəfədir ki, aktrisa obrazını canlandırdım. 
Yaradıcılığım boyunca yaşadığım bütün hissləri, sənətdə olan incikliklərimi burda hiss elədim. Saida xanımın qələmi insanların ürəyinə yaxındır. Onun yazdıqları ilə biz nəsə deməyi bacarırıq”. 

Qeyd edək ki, film yaşı 40-ı keçmiş aktrisanın üzləşdiyi çətinliklərdən bəhs edir və baş obraz 40 yaşı olduğuna görə kinoda və teatrda ona tələbatın azalmasını qəbul etmək istəmir. Filmdə sənətin görünməyən tərəfləri qadın qəhrəmanın müxtəlif situasiyaları ilə təsvir olunub.

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Dekabr 2024 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri