Qırxdan sonra filmi təqdim edildi
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Dekabrın 24-də “Nizami” Kino Mərkəzində “Qırxdan sonra…” qısametrajlı bədii filminin təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, filmin ssenari müəllifləri Saida Haqverdiyeva və Sevda Sultanova, rejissoru Saida Haqverdiyeva, operatoru Şahmar Səfəroğludur. Baş rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər.
Filmin qəhrəmanı ailə-məişət sıxıntıları ilə üzləşən, yaşı qırxı keçmiş aktrisa, zaman keçdikcə kinoda və teatrda ona tələbatın azaldığını hiss edir. Amma bunu qəbul etmək istəmir. Əsas ideyalardan biri sənətin görünməyən tərəflərinin qadın qəhrəmanın müxtəlif əhvallarında təsvirinə can atmaqdır. Rejissor, aktyor və qadın taleyinə iki qəhrəmanın sarsıntıları, yaşantıları fonunda kinematoqrafik nəzər salır.
“RS Production"un istehsalı olan filmin (prodüserlər: Kəmalə Nəhmətova və Saida Haqverdiyeva) montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyovdur.
Türkiyəli mütəxəssislər Milli Kitabxanaya dəvət olundu
Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızından niyə imtina edib?
III Gəncə Kitab Sərgisi keçiriləcək
Baxış sayı:92
Bu xəbər 25 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















