Icma.az
close
up
RU
“Qırxdan sonra...”

“Qırxdan sonra...”

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Nizami” Kino Mərkəzində “Qırxdan sonra…” qısametrajlı bədii filminin təqdimatı keçirildi.

Filmin yaradıcıları ekran əsəri, onun yaranma ideyası, mövzusu haqqında məlumat verdilər. Ssenari müəllifi Saida Haqverdiyeva ekran işində cəmiyyətimizdəki qadınların, xüsusən özünü ifadəyə çalışan, yaradıcılıqla məşğul olan həmcinslərinin ümumiləşmiş obrazını yaratmağa çalışdığını dedi. Bu mövzuda daha iki film çəkəcəyini, hazırda isə ikinci ekran işi üzərində işə başladıqlarını əlavə etdi.

Sonra qısametrajlı bədii film kinosevərlərə təqdim olundu.

Tragikomik hadisələrlə zəngin ekran əsərində orta yaş dövrünü yaşayan aktyorların çətin həyatını – tamaşaçının bəlkə də görmək istəmədiyi tərəflərini görürük. Filmin əsas qəhrəmanları yaşı 40-ı keçmiş iki qadındır. Onlardan biri illər əvvəl teatrdan uzaqlaşsa da, digəri həyatı yaşamaq – yenidən səhnəyə qayıtmaq üçün mübarizə aparır. Zaman keçdikcə kinoda və teatrda ona olan tələbatın azaldığını hiss edir, lakin bunu qəbul etmək istəmir. Hər gün öz üzərində çalışır. Mübarizə əzmini itirmir. Ən əsası, nikbindir və ən çətin anında belə gülməyi, kədərini gizlətməyi bacarır. Bu filmi cəmiyyətə faydalı olmaq üçün daxili dünyasına işıq salmağı bacaran qadınların mücadiləsi kimi də qəbul etmək olar.

Ekran işinin ssenari müəllifləri Sevda Sultanova və Saida Haqverdiyeva, quruluşçu rejissoru Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğludur.

Filmdə rolları istedadlı aktrisalar Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər.

Film “RS Production"un istehsalıdır və Mədəniyyət Nazirliyinin dəstəyi ilə nümayiş olunub.

Fidan SALMANOVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see300

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see266

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see254

Livitt istefa verdi

13 Avqust 2026 00:16see228

Əmlak bazarı ilə bağlı proqnoz: Bahalaşma gözlənilir

12 Avqust 2026 12:01see210

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see206

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see201

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see198

“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12 Avqust 2026 00:13see198

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see192

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see180

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see179

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see178

Tramp: ABŞ Ukraynaya hərbi dəstək verə biləcək AB ölkələrinə silah satır

12 Avqust 2026 04:53see176

İran ABŞ a danışıqlar üçün şərtlərini açıqladı: “Müharibə dayandırılmalıdır”

11 Avqust 2026 21:14see176

Karyera, pul və sevgidə uğur qazanacaq 3 bürc

12 Avqust 2026 00:07see171

İtlərin insanları necə “oxuduğu” məlum oldu

12 Avqust 2026 06:28see171

KL də 2 komanda pley offa adladı

12 Avqust 2026 01:40see170

Böyük Britaniyada 10 mindən çox ev susuz qalıb

12 Avqust 2026 00:26see151

İqtisadiyyatda kim qazandı, kim uduzdu? 7 aylıq rəqəmlər

12 Avqust 2026 10:54see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri