Icma.az
close
up
RU
Qış gəlməmiş dəm qazı faciəsi başladı: Mövsümün bəlasından necə qorunaq?

Qış gəlməmiş dəm qazı faciəsi başladı: Mövsümün bəlasından necə qorunaq?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Payız-qış mövsümündə təbii qazın istifadəsinə tələbat xeyli artır. Bununla da dəm qazından zəhərlənmələrin də sayı artmağa başlayır.

Bakıvaxtı.az xatırladır ki, 2024-cü ildə Azərbaycanda 424 dəm qazı hadisəsi qeydə alınıb, bu zaman 483 nəfər zəhərlənib və 44 nəfər həyatını itirib. 2025-ci ilin ilk üç ayı ərzində isə 33 nəfər dəm qazından zəhərlənib. Bu isə onu göstərir ki, artıq mövsümü başlamadan öncə dəm qazı ilə bağlı neqativ hadisələr yaşanmağa başlayır.

Yeri gəlmişkən, Xaçmaz rayonunun Qırağlı kəndində 32 yaşlı qadın evin hamam otağında ölü tapılıb. Belə ki, Qəbələ rayon sakini, 1993-cü il təvəllüdlü Mehriban Sərdar qızı Qafarlının dəm qazından boğularaq öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Bəs görəsən, dəm qazı təhlükəsindən necə qurtulmaq olar?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dəm qazı natamam yanma məhsuludur və yanma prosesi düzgün olmayanda zəhərlənmə verir.

Ekspertin sözlərinə görə, payız-qış mövsümündə artan dəm qazı zəhərlənməsindən qorunmaq üçün qaz cihazına aid təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır:

"Dəm qazından zəhərlənmələrin qarşısını almaq üçün qaz cihazlarının normativ standartlara uyğun olmasına, texniki xidmətin göstərilməsinə və ya təmir işlərini mütləq şəkildə ixtisaslaşmış müəssisəyə həvalə etmək lazımdır. Qaz cihazı olan yerdə dəm qazı və qaz sızması əleyhinə dedektorlar olmalıdır. Bu dedektorların işi olduqca funksialdır. Yəni, qaz sızması anında qazın təchizatı dayanır və bununla bağlı istehlakçı bildiriş alır. Eləcə də dəm qazı əleyhinə olan dedektorda yayılan dəm qazı xüsusi səs siqnal vasitəsilə bildirilir, daha sonra otağın havalandırılması və yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində funksiyalar tətbiq olunur".

Elmar Nurəliyev, təhlükəsizlik üzrə ekspert

E.Nurəliyev onu da qeyd edib ki, evdə qaz cihazı olan otaqda mütləq havalandırma, nəfəslik və ventilyasiya sistemi olmalıdır. Qaz cihazlarına kənar müdaxilələr olarsa, cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa, onda dəm qazı əmələ gəlir.

Müsahibimiz bildirib ki, bəzən çox balaca otaqlarda həm qaz sobası, həm su qızdırıcısı quraşdırılır. Yaxud otağa qaz rezin borularla çəkilir, bu, qəbuledilməzdir.

“Qaz təchizatı otağa metal borularla getməlidir. Hamam otaqlarını daha təhlükəsiz cihazlarla təmin etməliyik. Bədbəxt hadisələrin qarşısını almaq üçün qaz təchizatına ciddi yanaşmaq lazımdır", - deyə Elmar Nurəliyev əlavə edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Oktyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri