Icma.az
close
up
RU
Dəm qazı təhlükəsindən necə qorunaq?

Dəm qazı təhlükəsindən necə qorunaq?

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.


Payız-qış mövsümündə təbii qazın istifadəsinə tələbat xeyli artır. Ona görə də sözügedən mövsümlərdə bir çox insan dəm qazından zəhərlənmə halları ilə üzləşir. Hətta həyatlarını itirirlər. Artıq tez-tez belə bəd xəbərlər eşidirik. Təəssüf ki, hər il eyni xəbərdarlıqlar edilməsinə və tövsiyələr verilməsinə baxmayaraq, faciəvi hallar təkrarlanır. Zəhərlənmə halları isə təhlükəsizlik tələbləri pozulduğu üçün baş verir. 
Bəs həmin təhlükəsizlik tədbirləri hansılardır? Bu bəladan necə qorunaq?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Missiya.Az-a açıqlamasında deyib ki, ümumiyyətlə qaz təsərrüfatı harada varsa, orada da təhlükəsizlik məsələsi həmişə ön planda olmalıdır:
“Qaz təsərrüfatı olan evlərdə dəm qazı əleyhinə, qaz sızması əleyhinə dedektivlər olmalıdır. Bu qanunvericilikdə öz əksini tapır. Qaz sızması əleyhinə olan dedektivlər dəm qazı ortaya çıxanda yüksək səs siqnalı verir və istehlakçı məlumatlı olur. Habelə sızma anında klapan bağlanır, qazın verilişi dayanır. Bədbəxt hadisədən qurtuluruq”.

Elmar Nurəliyev dəm qazının yaranma səbəblərindən də danışıb. O vurğulayıb ki, dəm qazı natamam yanma məhsuludur, yanma prosesi yanlış getdikdə yaranır:
“Proses o zaman səhv gedir ki, otaqda kifayət qədər hava, oksigen olmur. Tüstü bacaları işlək vəziyyətdə olmalı və ildə iki dəfə yaxşıca təmizlənməlidir. Tüstü bacasını yoxlamaq üçün kağız parçasını götürüb yandırmaq lazımdır. Əgər sovurma qabiliyyəti yoxdursa demək ki, tüstü bacası işlək deyil. Standartlara uyğun olmayan qaz cihazlarından istifadə etdikdə, həmin cihazlara kənar müdaxilələr də dəm qazının əmələ gəlmə ehtimalını çoxaldır. Qaz təsərrüfatı olan yerlərdə, ventilyasiya və ya havalandırma quraşdırılmalıdır. Qaz sızması əleyhinə dedektiv də olmalıdır. Otaqdakı qaz peçlərinə də diqqət yetirmək vacibdir. İki gözlü qaz peçi üçün otaq minimum 8 kvadrat, üç gözlü qaz peçi üçün 12 kvadrat, dörd gözlü qaz peçi üçün 15 kvadrat olmalıdır. Qaz təsərrüfatına dair hər hansı təmir işləri ixtisaslı müəssisə tərəfindən aparılmalıdır. Hamam otaqlarında da qaz avadanlığının quraşdırılması təhlükəsizlik baxımından yolverilməzdir. Əgər quraşdırılıbsa orada da ventilyasiya və sadalanan digər təhlükəsizlik üçün vasitələr olmalıdır”.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://missiya.az
archiveBu xəbər 22 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri