Qış idman növlərinin inkişafı məqsədilə yeni layihəyə start verildi FOTO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Xizək mədəniyyətinin təbliği və qış idman növlərinin inkişafı məqsədilə "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı və Baku Snow Sport şirkətinin dəstəyi ilə yeni marifləndirici layihəyə start verilib.
Milli.Az bildirir ki, layihənin əsas məqsədi gənclər arasında qış idman növlərinə marağı artırmaq, aktiv həyat tərzini təşviq etmək, eyni zamanda ölkəmizdə qış turizminin inkişaf potensialı və bu sahədə müasir imkanlarla tanış etməkdir.
Layihə çərçivəsində tələbələrlə ilk görüş Azərbaycan Turizm və Menecment Universitetində təşkil edilib.
Görüş zamanı 100-dən artıq tələbə qış idman növlərinin əhəmiyyəti, sağlamlığa və sosial inteqrasiyaya verdiyi töhfələr haqqında məlumatlandırılıb, eləcə iştirakçılara təcrübəli mütəxəssislər tərəfindən praktiki tövsiyələr verilib, faydalı müzakirələr aparılıb.
Layihə çərçivəsində 2025-ci il ərzində 20-dən artıq universitetdə tələbələrlə bu formatlı görüşlərin keçirilməsi nəzərdə tutulub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Dekabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















