Qış Olimpiya Oyunlarının mükafatçısı medalını sındırıb
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Olimpiya mükafatçısı və altıqat dünya çempionu isveçli xizəkçi Ebba Andersson Qış Olimpiya Oyunlarında skiatlonda qazandığı gümüş medalın bir hissəsini sındıraraq itirdiyini açıqlayıb.
İdman.Biz bildirir ki, Olimpiada İtaliyanın Milan şəhərində keçirilir.
“Bu, axmaqlıq idi. Fridanın arxasınca qaçdım və medal qarda düşüb iki hissəyə parçalandı. İndi ümid edirəm ki, təşkilatçıların qırılmış medallar üçün B planı var.
Düşündüm ki, “Niyə axı? Bu, axmaqlıq idi”. Sonra onu düzəltməyə çalışdıq və üç hissədən biri tamamilə fərqli bir istiqamətə uçdu və harasa düşdü. Sonda təslim olduq”, - deyə SVT Anderssonun sözlərini sitat gətirir.
Bu mövzuda digər xəbərlər:Qış Olimpiya Oyunlarının məşəli yandırıldı
26 Noyabr 2025 17:20
Olimpiya Oyunlarının mükafatçısı qəzada öldü
08 May 2025 17:07
Qış Olimpiya Oyunlarının gözlənilməz “qonağı” VİDEO
11 Fevral 2026 14:18
XXV Qış Olimpiya Oyunlarının məşəli təqdim olunub
14 Aprel 2025 18:25
Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarının nöbəti mərhələsində
18 Fevral 2026 15:31
Baxış sayı:195
Bu xəbər 08 Fevral 2026 03:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















