Icma.az
close
up
RU
Qış üçün üç şorba: tez, asan və inanılmaz dərəcədə ləzzətli RESEPT

Qış üçün üç şorba: tez, asan və inanılmaz dərəcədə ləzzətli RESEPT

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Çöldə şaxta hökm sürdükdə, orqanizm isti və rahatladıcı yeməklərə can atır. Məhz bu zaman şorbalar ideal seçimə çevrilir. Qış aylarında onlar təkcə isitmır, eyni zamanda enerjini bərpa edir, sakitləşdirir və immuniteti dəstəkləyir. Bu seçimdə üç fərqli, lakin eyni dərəcədə rahatlıq bəxş edən yemək təqdim olunur: göbələk bulyonunda əriştəli doyumlu şorba, zərif klassik yumurtalı şorba və tez hazırlanan ədviyyəli qara lobya şorbası.

Lent.az bu üç şorbanın reseptini təqdim edir.

Göbələk bulyonunda əriştəli şorba

İnqrediyentlər - 1 litr göbələk bulyonu, 170 qram doğranmış göbələk, 1 stəkan lobya, 75 qram, ispanaq, 1 çay qaşığı soya sousu, əriştə, 2 çay qaşığı küncüt yağı, üstü üçün yaşıl soğan və küncüt.

Hazırlanma qaydası

Qazanda göbələk bulyonunu qaynamağa çatdırın. Ayrı qazanda əriştə üçün suyu qaynadın. Bulyona göbələkləri və lobyaları əlavə edin, 5 dəqiqə bişirin, sonra ispanaq və soya sousunu qatın və ocaqdan götürün. Əriştəni təlimata uyğun bişirin və soyuq sudan keçirin. Əriştəni boşqablara qoyun, üzərinə isti şorbanı tökün, küncüt yağı səpin və göyərti ilə bəzəyin.

Tez və sadə yumurtalı şorba

İnqrediyentlər - 1 litr toyuq bulyonu, 1 xörək qaşığı qarğıdalı nişastası, 3/4 stəkan göbələk, 3 ədəd yaşıl soğan, rəndələnmiş zəncəfil, soya sousu, ağ istiot, 3 iri yumurta (azca çalınmış).

Hazırlanma qaydası

Bulyonun yarım stəkanını nişasta ilə qarışdırın. Qalan bulyonu göbələk, soğan, zəncəfil, soya sousu və istiotla birlikdə qaynadın. Nişastalı qarışığı əlavə edib ocağın altını azaldın. Çalınmış yumurtaları çox yavaş şəkildə əlavə edin və qarışdırın ki, zərif yumurta lentləri alınsın. Üzərini yaşıl soğanla bəzəyərək isti halda süfrəyə verin.

Lobyalı şorba

İnqrediyentlər - 2 xörək qaşığı zeytun yağı, 2 diş sarımsaq, 1 kiçik sarı soğan, üyüdülmüş zirə və keşniş, 2 banka lobya, mayesi ilə birlikdə, 1 banka odda qızardılmış pomidor, kub şəklində, 240 ml tərəvəz və ya toyuq bulyonu, duz, çili bibəri. Üstü üçün istəyə görə: xama və ya yoqurt, doğranmış keşniş, dilimlənmiş xalapenyo, laym dilimləri, qarğıdalı çipsləri.

Hazırlanma qaydası

Zeytun yağında sarımsaq və soğanı yumşalana qədər qovurun. Ədviyyatları əlavə edib 30 saniyə qızdırın. Lobyanı mayesi ilə birlikdə, pomidor və bulyonu qatın, qaynadın və bir neçə dəqiqə bişirin. İstəyə görə şorbanı qismən və ya tam blenderdən keçirə bilərsiniz. Sevdiyiniz əlavələrlə süfrəyə verin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Dekabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri