Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

“Qısamüddətli perspektivdə ABŞ Gürcüstan münasibətləri sabit qala bilər”

“Qısamüddətli perspektivdə ABŞ Gürcüstan münasibətləri sabit qala bilər”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ABŞ Prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə ünvanladığı açıq məktub, əslində Tbilisinin uzun müddətdir artan narahatlığının nəticəsidir. Məktubda səsləndirilən ittiham və çağırışlar isə yalnız cari diplomatik böhranın ifadəsi deyil, ABŞ-Gürcüstan münasibətlərində yeni mərhələyə keçidin ehtimalı barədə də vacib mesajlar verir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Siyasi şərhçi diqqətə çatdırıb ki, Kobaxidzenin məktubunda iki əsas tezis diqqət çəkir: “Birinci, Vaşinqtonun rəsmi Tbilisinin məktubuna cavab verməməsi və bu susqunluğun yaratdığı diplomatik boşluq, ikinci, Bayden administrasiyası dövründə Gürcüstan rəsmilərinə qarşı tətbiq olunan sanksiyaların hələ də ləğv olunmaması. ABŞ-nin Tbilisiyə qarşı sərgilədiyi mövqenin bir neçə səbəbi var. Birincisi, Bayden administrasiyası dövründə Gürcüstan “xarici təsirlərin şəffaflığı haqqında” qanu qəbul etdi. Vaşinqton bu qanunu QHT-lərə və müxalif mediaya qarşı təzyiq aləti kimi görürdü və bunu da açıq şəkildə dilə gətirdi. Gürcüstan hökuməti isə bu tənqidləri daxili işlərə müdaxilə kimi qəbul edirdi. Bu fikir ayrılığı diplomatik münasibətlərdə gərginlik yaratdı. Trampın hakimiyyətə gəlməsi də bu vəziyyəti dəyişmədi. İkincisi, Gürcüstan Rusiya ilə münasibətlərdə balanslı, zaman-zaman isə praqmatik xətt yürüdür. ABŞ bu gedişi regionda öz maraqları baxımından təhlükəli sayır”.

T.Rzayevin bildirdiyinə görə, üçüncü səbəb isə ABŞ-nin hazırda diqqətinin əsasən Ukrayna və Çin istiqamətində cəmlənməsidir: “Gürcüstan prioritetlər sırasında arxa plana keçib. Tbilisi Tramp administrasiyası ilə daha praqmatik və müdaxiləsiz tərəfdaşlıq xətti qurmaq niyyətindədir. Bu baxımdan açıq məktub həm bir siqnal, həm də diplomatik manevrdir. Məqsəd ABŞ-nin gələcək Yaxın Şərq və Cənubi Qafqaz siyasətində Gürcüstanın yenidən prioritet statusunu bərpa etməkdir. Qısamüddətli perspektivdə ABŞ-Gürcüstan münasibətləri sabit qala bilər. Lakin soyuqluğun qalması da mümkündür. Tərəflər açıq konfrontasiyadan yayınmağa çalışsalar da, qarşılıqlı inamsızlıq dərinləşə bilər. Xüsusilə ABŞ-nin Gürcüstandakı siyasi proseslərə müdaxilə kimi qəbul edilən mövqeyi bu inam boşluğunu genişləndirə bilər”.

O əlavə edib ki, uzunmüddətli perspektiv isə daha çox Tramp administrasiyasının atacağı real addımlardan asılı olacaq: “Əgər ABŞ Gürcüstanı yenidən Cənubi Qafqazda əsas tərəfdaş kimi görmək istəyirsə, Tbilisi ilə dialoq və qarşılıqlı etimada əsaslanan yeni format yaratmalıdır. Əks halda, Gürcüstanın Rusiya və Çin kimi alternativ güc mərkəzləri ilə əməkdaşlığa meyli arta bilər”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri