Icma.az
close
up
RU
Qışın antivirus sirri açıldı: Xəstələnməmək üçün bunu edin

Qışın antivirus sirri açıldı: Xəstələnməmək üçün bunu edin

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Ailə həkimi Sophi Nyuton bildirib ki, soyuqdəymə, qrip və mövsümi viruslardan qorunmağın ən təsirli üsullarından biri nə əlavələr, nə də xüsusi prosedurlardır, adi gecə yuxusudur. Onun sözlərinə görə, keyfiyyətli yuxu orqanizmin təbii sipəri kimi fəaliyyət göstərir və infeksiya riskini xeyli azaldır.

Bu barədə Milli.Az xarici mediaya istinadla xəbər verir ki, könüllülərlə aparılan bir araşdırmaya əsasən, soyuqdəymə virusu ilə qəsdən təmas etdirilib və məlum olub ki, sutkada yeddi saatdan az yuxu alan insanlar üç dəfə daha çox xəstələnirlər. Bundan əlavə, yuxunun pozulması və ya səthi olması, yaş, stres, çəki və alkoqol istifadəsi kimi amillər nəzərə alınsa belə simptomların yaranma ehtimalını təxminən beş yarım dəfə artırıb.

Nyutonun sözlərinə görə, yuxu zamanı immun sistem aktiv şəkildə sitokinlər, müdafiə hüceyrələri və anticisimlər istehsal edir. Orqanizm kifayət qədər dincəlmədikdə isə bu "müdafiəçilərin" sayı azalır və viruslar üçün yol açılır. Həkim yuxu rejiminə əməl etməyi, yatmazdan əvvəl cihazlardan istifadənin azaldılmasını, yataq otağının sərin saxlanılmasını və gündə ən azı əlavə 15-30 dəqiqə istirahət etməyi tövsiyə edir.

Sonda həkim qeyd edib ki, yaxşı yuxu yalnız soyuqdəymənin profilaktikası üçün deyil, həm də psixi sağlamlıq, yaddaş və ümumi orqanizm vəziyyəti üçün vacibdir.

Bundan başqa, digər mütəxəssis doktor Surac Kukadiya yuxu zamanı hansı pozadan uzaq durmaq lazım olduğunu açıqlayıb. Onun sözlərinə görə, qarın üstə yatmaq qabırğa ilə döş sümüyü arasındakı birləşmə nahiyəsində iltihab kostoxondrit yarada bilər. Gün ərzində ağır yük qaldırmaq və düzgün olmayan bədən duruşu ilə birləşən uzunmüddətli təzyiq bu ağrılı vəziyyətin yaranma riskini artırır.

Xatırladaq ki, qışda immuniteti gücləndirmək düşündüyünüzdən daha asandır. Bunun üçün qış rasionunuz A, C, E vitaminləri və omega-3 ilə zəngin olmalıdır. /Lent.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Fevral 2026 04:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri