Icma.az
close
up
RU
Qismət: “Ruslana onu başa salmağa çalışırdım ki…”

Qismət: “Ruslana onu başa salmağa çalışırdım ki…”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zirə” Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Turan Tovuz”a 2:0 hesabla qalib gəldi.

“Qartallar”ın kapitanı və komandasının ilk qolunun müəllifi Qismət Alıyev “Futbolpress.az”ın suallarını cavablandırdı:

– Tovuz səfəri bütün komandalar üçün çətindir. Biz də bilirdik ki, qarşıda bizi çətin oyun gözləyir. Buna görə də matça tam istəklə hazırlaşırdıq. Düşünürəm ki, çox vacib 3 xal qazandıq. Qarşıda bizi “Səbail”lə oyun gözləyir. Fikrimizi ancaq həmin matça yönəldəcəyik.

– İkinci pillədəki yerinizi möhkəmlətmək komandanı daha da rahatladır?
– Xeyr. Birinci dövrədə elə zaman oldu ki, 13 xal geriyə düşdük. Hər bir komandanın başına gələ biləcək gözlənilməz nəticələr olur. İndi heç bir oyunda rahatlıqla qələbə qazanmaq olmur. İndi fikrimiz ancaq “Səbail”lə oyundadır. Sonuncu pillədə olmalarına baxmayaraq, Cavid Hüseynovun gəlişindən sonra oyun planlarında çox irəliləyiş var.

– Sizə yaxın olan komandalar – “Araz-Naxçıvan” və “Turan Tovuz”la müqayisədə daha kompaktsınız. Demək olar ki, avrokuboklara onlardan bir addım daha yaxınsız?
– Öz oyunumuzdan başqa heç kimə baxmırıq. Demirik ki, filan komanda xal itirsin və ya qazansın. Ancaq qarşıdakı oyuna köklənirik.

– Bugünkü oyunda qırılma nöqtəsi harada oldu?
– Heç hesab 2:0 olanda belə bunu qırılma nöqtəsi saymaq olmazdı. Çünki son dəqiqələrdə “Turan Tovuz” bütün qüvvəsiylə irəli atılmışdı. Hər standart vəziyyətlər də bizim üçün çox təhlükəli idi. Biz də komanda şəklində yaxşı müdafiə olunaraq, səhv etmədik və 3 xalı qazandıq.

– Oyunun ilk dəqiqələrində tovuzlu azarkeşlərin sizə aqressiyası müşahidə olundu. Hətta Ruslan Abışovla həmin epizodda dialoqunuz baş tutdu…
– Həmin epizodda zədəli oyunçu var idi və Ruslanla topu meydandan vurub çıxartmaq barəsində danışdıq. İsmayıl Zülfüqarlı da bildirdi ki, həmin epizodda zədəliyə görə yox, sadəcə həmin məqamda topu vurub çıxartdıq. Mən də Ruslana onu başa salmağa çalışırdım ki, əgər oyunçu zədələndiyinə görə topu çıxartsaydılar, biz də onlara qaytaracaqdıq. Belə böyük bir şey olmadı.

– Ölkə kubokunda “Araz-Naxçıvan”la hər iki oyunda 1 qol belə vura bilmədiz. Turnir cədvəlində qabaqladığınız komandaya qarşı belə nəticə gözlənilməz oldu. Səncə, cütün taleyini nə həll etdi?
– Hər iki oyuna baxdıqda, bəlkə də turu keçən tərəf biz ola bilərdik. Oyun baxımından bu belə idi. Bu mövsüm “Araz-Naxçıvan” “Qarabağ”dan sonra ən az qol buraxan komandadır. İlk oyunda baş məşqçimiz rotasiyalar etmişdi və məğlub olmuşduq. İkinci matçda da gözləmədiyimiz halda penaltilərdən fərqlənərək hesabı 2:0 etdilər. İki oyunda 3 penaltidən qol buraxdıq. Qarşılaşmaya baxdıqda, biz onlardan heç nədən geri qalmırdıq. Sadəcə “Araz-Naxçıvan” müdafiədə çox yaxşı oynadı. Keçən mövsüm kubokda finala çıxmışdıq. Həqiqətən də ölkə kubokunun finalına çıxmaq, komanda üçün böyük nəticədir. İndiysə qarşıda bizi çempionat oyunları gözləyir. Hansı ki, həmin oyunların hamısı finala bərabərdir.

– Hər işdə bir xeyir var məsəlin yada salsaq, kubokda mübarizəni dayandırmaqla, çempionata daha da yaxşı şəkildə köklənəcəyinizi demək mümkündür?
– Keçən mövsüm də 3 gündən bir oyunlarımız olurdu. Təbii ki, kubokun finalına çıxmaq istəyərdik. Amma alınmadı. Ümid edirəm ki, komanda üçün xeyirli olar.

Mirkamal Kazım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri