Qısqanclıq zəminində qonşusunu bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı
Pravd.az-dan verilən məlumata əsasən, Icma.az bildirir Qısqanclıq zəminində qonşusunu bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ehtiram Cavadovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, hadisə 25 iyul 2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala yolunun kənarında qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Ehtiram Cavadov qısqanclıq zəminində qonşusu, 1995-ci il təvəllüdlü Fərrux Babayevi bıçaqlayıb. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən 1987-ci il təvəllüdlü Ehtiram Cavadov saxlanılaraq istintaqa təqdim edilib.
Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)