Icma.az
close
up
RU
Naxçıvan səhiyyəsini kimlər biznesə çevirib?

Naxçıvan səhiyyəsini kimlər biznesə çevirib?

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Naxçıvanın səhiyyə naziri olan Samiq Sadıqov səhiyyəni elə hala salıb ki, vəziyyəti sağlamlaşdırmaq üçün xeyli çalışmaq lazım gələcək.
Bu şəxs Ali Məclisin keçmiş sədri Vasif Talıbovun kadrlarından hesab edilir. Onun vaxtında iş karyerasını qurmağa başlayıb, yüksək vəzifələrə təyin olub. Samiq Sadıqov Vasif xanın gedişindən sonra da toxunulmazlığını qoruya bilib.
İndi də muxtar respublikada əsas söz sahiblərindəndir. Naxçıvan səhiyyə sistemində nə edibsə, şikayət şikayətin ardınca olunur. İndi də Şərur camaatı nazirin əlindən dad edirlər. Şikayətçilərdən biri təcili yardımın yarıtmaz işindən danışır.
Deyir ki, Şərur Rayon Mərkəzi Xəstəxnasının tərkibindəki təcili yardım stansiyasının həyətində ən azı 6 ədəd ambulans avtomobili dayansa da, faktiki olaraq əhaliyə iki maşın xidmət göstərir. Qalanlarının təmirə ehtiyacı var. Amma heç kim bu məsələni həll etmir. Nəticədə əhali əzab çəkir. Xəstələr təcili yardımı gözləyə-gözləyə qalırlar.
Şərurdan yazılan növbəti şikayət bir uşaq barəsindədir. Bu uşaq anadangəlmə xəstədir. Beldən aşağı nahiyələri hissiyyatdan məhrumdur. Başında böyümə var, həm də laldır. Uşağın anası Dürdanə xanım övladına pensiya almaq üçün Şərur Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Dediyinə görə, ona bildiriblər ki, 600 manat ver, ömürlük pensiya düzəldək.
O da həmin məbləği verməyib, həm də etiraz edib. Buna görə də uşağı ümumiyyətlə pensiyadan məhrum ediblər. Cənab nazir Samiq Sadıqov, bu ailənin vəziyyəti çox acınacaqlıdır. Ailə başçısı yoxdur. Dürdanə xanımın iki uşağı var, ikisi də sağlamlığını itirib. Anası onkoloji xəstədir.
Ailə alimentin ümidinə qalıb. Güc-bəla ilə yaşayırlar. Şərur RMX-nin baş həkimi Asiman Yusifovun başı qara işlərə o qədər qarışıb ki, ağı qaradan ayıra bilmir. Xəstəni sağlam, sağlamı xəstə kimi qələmə verir. Tibbi-Sosial Ekspertiza Komissiyasının rəhbəri Ramiz doktorla əl-ələ verib yığılan pulları bölməklə məşğuldurlar. Onları xəstə uşağın halı, təcili yardım maşınlarının nasazlığı maraqlandırmaz.
Maraqlı olduqları bir şey var: pulun miqdarı. Baş həkimlə TSEK rəhbəri xəstəliyə görə pensiyaya çıxartmaq üçün vətəndaşlardan 1500 manat istəyirlər. Açıq bazardı. İstədikləri qiyməti qoyurlar. İmkanlı-imkansıza baxmırlar. O qədər pul hərisliyi var ki, dövlətin ayırdığı pulsuz dərmanları, şəkərli diabetlər üçün preparatları da mənimsəyirlər. İş o yerə çatıb ki, insanlar keçmişi yada salıb Vasif Talıbovun bunlarla müqayisədə daha mərhəmətli olduğunu deyirlər.
Artıq Şərur Regional Tibb Mərkəzi və onun tabeli qurumu olan Rayon Mərkəzi Xəstəxanasında bəzi yeyinti hallarının aşkarlandığı məlum olub. Beləki, daxili depodan külli miqdarda dərman və başqa tibbi ləvazimat çıxarılaraq xəstələrin adına yazılıb sənədlərlə silinmiş, daha sonra müəyyən əcxanalara satılıb çoxlu gəlir əldə edilmişdir.
Bu işdə baş həkim Asiman Yusifov və Samirə adlı baş tubb bacısının adları çəkilir. Onlar şöbələrin böyük tibb bacılarının vasitəsilə dövlət əmlakını satmaqla məşğul imişlər. Bu faktları Naxçıvan səhiyyə nazirinin göstərişi ilə yaradılmış komissiyanın da təsdiq etdiyini bildirirlr. Məlumata əsasən artıq istintaq başlanıb.
Sima Babayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyun 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri