Icma.az
close
up
RU
Revanşist suala Paşinyanın maraqlı cavabı

Revanşist suala Paşinyanın maraqlı cavabı

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə gün öncə Paşinyan İrəvan Dövlət Universitetində tələbələrlə görüşüb, Ermənistan mətbuatının yazdığına görə, görüş gərgin keçib, millətçi tələbələr Nikolu qəzəbləndiriblər.

Axar.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli bildirib.

“Tələbələrdən biri sual verib ki, Qarabağın “itiriləcəyini” 2018-ci ildə dəqiq bilsəydiniz, yenə də inqilab edib hakimiyyətə gələrdinizmi? Paşinyan da cavab verib ki, bəli, çünki Qarabağı “itirməsəydik”, əsl müstəqil dövlət ola bilməzdik.

Digər tələbə isə Paşinyanı tənqid edib ki, siz “tarixi Ermənistan” ideyasından əl çəkməyə çağırırsınız, amma 300 min kv.km ərazisi olan “tarixi Ermənistanı” geri qaytarmaq haqqında düşünüb addımlar atmasaq, indiki Ermənistanı da itirəcəyik.

Paşinyan bu suala da məntiqli cavab verib ki, 29 743 kv.km ərazisi olan əsl Ermənistanı inkişaf etdirək, buna gücümüzü, enerjimizi sərf edək, miflərlə özümüzü və gələcəyimizi zəhərləməyək.

Bir sözlə, Paşinyan reallığı qəbul edərək, erməni mifalogiyasının mənbəyi olan kilsə ilə mübarizə apararaq, Ermənistanı “sağaltmağa” çalışır. Bu komanda Ermənistana normallaşmaq üçün bir şansdır, tələbələri belə “zəhərlənmiş” mono-etnik toplumun “sağalması” çətin prosesdir.

Mifalogiya bu toplumun “genlərinə” işləyib, hələ də, guya, 300 min kv.km ərazisi olan “tarixi” Ermənistandan danışanlar var. Bu “əraziyə” Türkiyənin, Azərbaycanın, Gürcüstanın bir hissəsi “daxildir”, həmin xəstə təfəkkürlü insanlara sual vermək lazımdır ki, ay biçarələr, cəmi 3 mln. əhaliniz var, hətta fantastik və absurd ssenari təsəvvür etsək, tutalım, 300 min kv.km ərazisi olan Ermənistan qurduz, belə bir mifik ölkənin sərhədlərini necə qoruyacaqsınız?! Bütün əhalinizi sərhədlərə düzsəniz belə qoruya bilməzsiniz, bundan başqa, ərazi “iddianız” olan ölkələrin cəmi əhalisi 100 mil.-dur, siz 3 mln.-la 100 mln. əhaliyəmi qalib gələcəksiniz?! NATO-nun Avropa hissəsinin ən güclü ordusu olan Türkiyədənmi ərazi istəyirsiniz?! Azərbaycanın möhtəşəm Ordusu bir qırağa, yol polisləri belə İrəvana qədər gedib çıxarlar, bunu anlamırsınızmı?! Hələ mən uzun illərdir Türkiyə tərəfindən təlim görən, standartları yüksələn Gürcüstanı demirəm, sizlər heç onlarla belə bacara bilmədiyinizi başa düşmürsünüzmü?!

Nə isə, Rusiyanın Ermənistanda revanşistləri qızışdırmağa çalışdığı dövr yenidən başlayır, İrəvan Universitetində provokotiv sula verənlərin “ideya babası” da ruslardır.

Paşinyan və komandası cəmiyyətin “sanitarlarıdır”, uğurları da var, cəmiyyətin böyük qismi “sağalıb-sağalır”, amma əsl imtahanları 2026-cı ilin seçkiləri olacaq - əgər o seçkiləri də Paşinyan və komandası udsa, artıq əminliklə demək olacaq ki, Ermənistan cəmiyyəti “sağalıb”, revanşistlər “marginallaşıb” və təsirlərini tam itiriblər.

Bunun üçün biz də bəzi addımlar atmalı, sülh müqaviləsini seçkilərə qədər imzalayaraq, Ermənistanın normallaşmasına öz tövhəmizi verməliyik”, - o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 İyun 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri