Icma.az
close
up
RU
Qiyamət Radio Stansiyası 2025 ci ildə 357 mesaj yayımlayıb

Qiyamət Radio Stansiyası 2025 ci ildə 357 mesaj yayımlayıb

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Qiyamət Radio Stansiyası (UVB-76) 2025-ci ildə 357 mesaj yayımlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən "UVB-76 Logs" "Telegram" kanalı məlumat verib.

Statistikaya görə, stansiya iyun ayında ən çox mesaj yayımlayıb - 49. Fevral ayı 43 mesajla ikinci yerdədir. Stansiya həmçinin avqust ayında 38, dekabrda isə 36 mesaj yayımlayıb. Mart ayı 34 şifrələnmiş mesajla ilk beşliyi tamamlayır.

Keçən il ən çox istifadə edilən çağırış işarəsi 331 dəfə eşidilən "NZhTI" olub. İkinci yeri 11 dəfə istifadə edilən sirli "TsZhAP" sözü tutub. Üçüncü yerdə il ərzində altı dəfə eşidilən "ULVN" çağırış siqnalı qərarlaşıb.

Bundan əlavə, hesabatda stansiyanın 2025-ci ildə ən aktiv günləri sadalanır. 12 fevralda stansiya 25, 25 iyunda isə 24 mesaj ötürüb. Stansiya həmçinin 28 avqust və 10 dekabrda 15 dəfə mesaj yayımlayıb.

UVB-76 radiostansiyası 1970-ci illərdən bəri 4625 kHz tezliyində yayımlanır. Əsasən sözlər və musiqi ilə kəsilən aşağı tezlikli zümzümə ötürdüyü üçün ona "zəng" də deyilir. Stansiyanın fəaliyyətini izləyən bəzi internet istifadəçiləri onun şifrələnmiş mesajlar ötürdüyünə inanırlar.

Belə bir fikir də var ki, bu stansiya SSRİ-də Soyuq müharibə illərində hazırlanmış "Perimetr" sistemi ilə əlaqəlidir. Bu sistemi isə ABŞ-də "Ölü əl" adlandırırlar. Bu sistem kommunikasiyaların pozulması halında kütləvi nüvə cavab zərbəsini avtomatik idarə etmək üçün nəzərdə tutulub. "Perimetr" baş qərargahdan verilən əməliyyat əmrlərinin idarəetmə mərkəzlərinə və döyüşə hazırlıq vəziyyətində olan fərdi raket buraxılış qurğularına etibarlı şəkildə çatdırılmasını təmin edir.

Bəzi qeyri-adi ifadələr hərbi məqsədlər üçün rabitə vasitəsi kimi istifadə edilə bilər. Fərziyyə var ki, səsli mesajların əsas məqsədi şəxsi heyətin nüvə sualtı qayıqları kimi hədəf obyektlərinə döyüş hazırlığını təsdiq etməkdir.

Həmçinin radiosiqnalların astronomik rəsədxanalarda istifadə üçün nəzərdə tutulmuş ola biləcəyi də düşünülür, hansı ki, ionosferdəki dəyişiklikləri təhlil edir və ya hətta yerdənkənar sivilizasiyalarla əlaqə yaratmaq üçün tətbiq edilir. Lakin bu çox sayda nəzəriyyələrin heç biri etibarlı faktlarla təsdiqlənməyib.

"UVB-76"nın nəyə xidmət etdiyi barədə etibarlı məlumat yoxdur. Versiyalar diapazonu genişdir - nüvə sualtı qayıqları ilə danışıqlardan və nüvə raketlərinin buraxılmasına nəzarətdən tutmuş, yadplanetlilərlə kontaktların axtarışına qədər. Raketlərlə bağlı versiya səbəbindən "Buzzer"i həm də Qiyamət Radio Stansiyası adlandırırlar: Guya o, nüvə münaqişəsi zamanı yuxarıdakı qərargahların ölümü halında raketlərin buraxılması üçün olan siqnalın avtomatik ötürülməsi məqsədilə nəzərdə tutulub.

Stansiyanın dəqiq yeri hələ də tam şəkildə müəyyən edilməyib. Əvvəlcə onun Qərb hərbi dairəsində, Moskva vilayətinin Povarovo kəndi yaxınlığında yerləşdiyi güman edilirdi, sonra Leninqrad vilayətinin Kerro kəndinə köçürülüb və hazırda Naro-Fominskdən fəaliyyət göstərdiyi ehtimal edilir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:619
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri