Icma.az
close
up
RU
Qıyıqgöz xalqlar, qıyıqgözlülüyün sirri

Qıyıqgöz xalqlar, qıyıqgözlülüyün sirri

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya antropoloqları qıyıq, badamşəkilli gözlərə malik xalqları monqoloid irqinə aid edirlər. Monqolların özləri, yaponlar, çinlilər, koreyalılar, yakutlar, taylar bu irqin  tipik nümayəndələri kimi tanınırlar.

Bu xüsusiyyət daha zəif şəkildə monqoloidlərin digər irqlərlə qarışmasından formalaşmış xalqlarda da müşahidə olunur. Məsələn, türk mənşəli qazaxları, qırğızları, türkmənləri, noqayları, eləcə də özbəkləri bu sıraya aid edirlər.

Qeyd etmək lazımdır ki, asiyalıların gözləri əslində başqa irqlərə mənsub insanlarının gözləri ilə eyni ölçüdədir. Onlar sadəcə, vizual olaraq kənardan baxana qıyıq formada görünür. Bu, əsasən badamşəkilli gözün yuxarıdan aşağıya doğru yerləşməsi ilə bağlıdır.

Asiyalıların göz qapaqları altında xüsusi yarımdairəvi “monqol büküşü” – elmi dildə “epikantus” adlanan bir dəri qatı olur. Bu büküş gözün daxili bucağını, yəni yaş axarını demək olar ki, tam örtür və nəticədə göz vizual olaraq daha qıyıq görünür.

Həmçinin, Asiya xalqlarının göz qapaqları altında xüsusi piy qatı zolağı da olur ki, bu da gözləri həm soyuq, həm də quraq iqlim şəraitində əlavə qorunma ilə təmin edir.

Antropoloqların fikrincə, “qıyıqgözlülük” asiyalıları çöl-səhralarda tez-tez baş qaldıran küləklərdən, qar və toz fırtınalarından qorumağa kömək edib.
Qıyıqgözlülük Asiyanın  və eyni zamanda Sibirin sonsuz qarla örtülü düzənliklərində günəş işığının parlaq şüalarını azaldaraq gözlərin qamaşmasının qarşısını alıb. Eləcə də göz qapaqlarındakı piy qatının köməyi ilə şaxtalı havadan qorunmağa yardım edib. Şaxtalı, sərt hava şəraitində yaşayan çukçalar, evenklər, yakutlar, tuvalılar, neneclər kimi Şimal xalqları da təbiətin diqtəsinə uyğun olaraq qıyıqgözdürlər. 

Bu baxımdan, zarafatla desək, “qıyıqgözlülük üzrə çempion”luq eskimoslara məxsusdur. Onlar Arktika irqinin xüsusi qoluna aiddirlər. Eskimoslarda göz həcminin orta hündürlüyü cəmi 8,74 mm təşkil edir. Müqayisə üçün yaponlarda bu göstərici 8,78 mm, avropalılarda isə 10–14 mm arasındadır.

Təsadüfi deyil ki, epikantus yalnız asiyalılarda deyil, həm də buşmenlərdə – Afrikanın cənubundakı qədim xalqlarda da var. Bu xalqlar Kalahari səhrasının kor edici günəş şüası, güclü küləyi və tozanağı altında yaşadıqlarından zaman-zaman gözlərinin forması da dəyişərək qıyıqlaşıb. 

Amerika hindularını da qismən qıyıqgöz saymaq olar. Onlar qıyıq gözlülüyü asiyalı əcdadlarından miras alıblar. Hazırda hindu uşaqlarının 50–80 faizində epikantus qatı müşahidə olunur. Lakin maraqlıdır ki, təxminən 18-20 yaşlarından sonra bu xüsusiyyət tədricən itməyə başlayır. Ona görə də böyüklərdə bu fərq artıq o qədər nəzərə çarpmır.

Qədim dövrlərdə yaponlar və çinlilər avropalıların iri, açıq gözlərindən açıq-aşkar qorxur, qərbdən gələn qonaqları öz aralarında “it gözlü” adlandırırdılar.

Ancaq bu gün bir çox asiyalı, xüsusən yapon və koreyalı qadınlar “Avropa tipli” iri gözləri daha cazibədar hesab edirlər. Onlar müxtəlif makiyaj texnikaları, kontakt linzalar, hətta estetik əməliyyatlar vasitəsilə iri gözlərə sahib olmaq arzusundadırlar. 

Maraqlıdır ki, qıyıqgözlülərin iri gözlərə malik olmaq istəyi fonunda qardaş Türkiyə, İran və doğma ölkəmizdə bir çox xanımlar cərrahi əməliyyatlara üz tutaraq “badamgöz”, “tülkügöz” və digər adlarla tanınan  qıyıq gözlər əldə etməyə çalışırlar. 

Murad Köhnəqala

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:403
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Oktyabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri