Icma.az
close
up
RU
Qiymət artımı XƏBƏRDARLIĞI: “Dana və quzu əti sürətlə BAHALAŞA BİLƏR”

Qiymət artımı XƏBƏRDARLIĞI: “Dana və quzu əti sürətlə BAHALAŞA BİLƏR”

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin plenar iclasında çıxışı zamanı deyib ki, son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb:
"Dövlət heyvanların sayının artırılmasından daha çox ətlik və südlük heyvanların yetişdirilməsində maraqlıdır. Bu, düzgün yanaşmadır, çünki heyvandarlıq təsərrüfatlarının yaradılması və cinslərin yaxşılaşdırılması günün tələbidir.
Lakin 7-8 kiloqramlıq quzuların və körpə danaların kütləvi şəkildə kəsilməsi heyvandarlığın inkişafına mane olur və bazarda ətin qiymətinin artmasına səbəb olur. Təhlillər göstərir ki, orta kəsim çəkisinin 2 kiloqram azalması illik qoyun əti istehsalında 8 min ton itkiyə səbəb olur.
Azərbaycanda isə bəzi hallarda normadan 2 deyil, hətta 9-10 kiloqram az çəki ilə kəsim aparılır".
Tahir Rzayev bildirib ki, Türkiyə və bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi, qadağaların tətbiqi və bu qaydaları pozanlara cərimələrin nəzərdə tutulması məqsədəuyğun olardı.
 

"Bundan başqa, son illər mənşəyi bilinməyən ətlərin satışa çıxarılması zəhərlənmələrə və müxtəlif xəstəliklərə səbəb olur, insanlarda ciddi narahatlıq yaradır. Ət satışı ilə bağlı konkret tələblərin olmaması işbazların bundan sui-istifadə etməsinə şərait yaradır. Bu səbəbdən, ənənəvi olmayan və yeyilməyən heyvanların ətlərinin siyahısının hazırlanması və satışının qadağan edilməsi vacibdir", - deputat vurğulayıb.


Bəs komitə sədrinin təklifi nə qədər effektivdir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, perspektivi olmayan bir təklifdir:
“Bu ən yaxşı halda ətin qiymətinin sürətlə artmasına yol açacaq. Nəzərə alaq ki, dədə-babadan bizlərdə körpə quzunun ətinə xüsusi maraq var. Bu da onunla bağlıdır ki, körpə quzunun əti çox dadlı və sağlamlığa heç bir ziyanı olmayan qida növüdür.
Amma yaşlı qoyun əti həm bərk olur, həm də xolosterolla zəngindir. Ona görə də qoç və yaşlı qoyun ətinə maraq çox azdır. Körpə dana ətinə təkcə bizdə yox bütün dünyada tələbat böyükdür. Yaşlı mal ətinə maraqsa yox dərəcəsindədir”.
Müsahibimiz hesab edir ki, qadağaları bir kənara qoyub, heyvandarlığın inkişafı üçün kompleks tədbirlər görmək lazımdır:
“İlk növbədə bu sahəyə dövlət dəstəyi artırılmalıdır. Örüş sahələri bərpa olunmalıdır. Subsidiyaların növləri və həcmi artırılmalıdır. Ətlik və südlük heyvanların baş sayının artırılması üçün fermerlərə əlavə dəstək verilməlidir. Belə olarsa, həm heyvanların baş sayı artar, həm də bolluq yaranar”.
“Qadağalar quzu ətinin qiymətini kəsin artıracaq”
İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, heyvanı iri çəkidə satmaq, yoxsa az çəkidə satmaq qərarı sahibkara məxsusdur:
“O bir neçə aylıq olarkən satırsa, deməli, ona iqtisadi cəhətdən belə sərf edir. Çünki o heyvanı böyütmək üçün əlavə zaman itirir, əlavə yem məhsulları üçün əlavə pul xərcləyir. Buna görə də böyüyən heyvandan əldə edilən gəlirin rentabellik dərəcəsi daha aşağı olur. Odur ki, sahibkar heyvanı daha xırda olarkən satır və əvəzində yenisini böyüdür.
Yəni bir ildə müəyyən qədər iri heyvan satmaq əvəzinə, onu tez satıb yenisinə qulluq etməklə bir ildə kiçik olan daha çox heyvan satır. Bir sözlə, bunu bazar özü tənzimləyir. Dövlətin belə işlərə müdaxilə etməsi yol verilməzdir. Çünki bu nəinki iqtisadi baxımdan doğru deyil, həm də digər mənfi təsirləri olacaq.
Nəticədə qadağalar quzu ətinin qiymətini kəsin artıracaq, şəffaflığa mənfi təsir edəcək, qəssabların və ictimai işaə obyektlərinin yoxlanılması halları kəskin artacaq, onsuz da çətin olan KOB subyektlərinə bu daha da pis təsir göstərəcək. Unutmayaq ki, bu tip məsələlərin həlli yolu tam başqadır”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Mart 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri