Icma.az
close
up
RU
Azərbaycanda quş əti və yumurta bahalaşa bilər

Azərbaycanda quş əti və yumurta bahalaşa bilər

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəsmi statistikaya əsasən, 2024-cü ildə Azərbaycanda quş əti və ət məhsullarının istifadəsi əvvəlki illə müqayisədə artaraq 175,7 min tondan 194,9 min tona yüksəlib. İstehsal da müsbət dinamika göstərib – 2023-cü ildə 137,5 min ton olan həcmin 2024-cü ildə 143,2 min tona çatdığı qeyd olunur.

İdxal 31,7 min tondan 45,2 min tona, ixrac isə 1 977 tondan 2 194 tona qədər artıb. Əhalinin şəxsi istehlakı da yüksələrək 166,1 min tondan 184,2 min tona çatıb.

Ölkədə quşçuluq təsərrüfatlarının inkişafı da davam edib. 2024-cü ilin sonunda təsərrüfatlarda olan quşların sayı 2023-cü ilin sonu ilə müqayisədə 7,3 faiz artaraq 12 milyon 91,5 min baş təşkil edib. Bu müəssisələrdə quş əti istehsalı diri çəkidə 82,3 min ton olub ki, bu da əvvəlki illə müqayisədə 8,3 faiz çoxdur. Quşların sayı, yumurta istehsalı və quş əti istehsalında artım müşahidə edilsə də, ümumi mənzərədə özünütəminat səviyyəsinin aşağı düşdüyü hiss olunur.

Məsələ ilə bağlı Metbuat.az-ın suallarına cavab verən Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, tələbat artsa da, qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qalıb:


“Ölkədə quş əti və yumurta qiymətlərində ciddi artım qeydə alınmayıb. Qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qalıb. Mütəxəssislərin sözlərinə görə, qiymət artımının əsas səbəbi adətən yemin bahalaşması olsa da, hazırda yem bazarında qiymətlər dəyişməyib və ötən ilki qiymət səviyyəsindədir”.

Fərqli vaxtlarda qiymət balansında dəyişikliyin müşahidə olunması məsələsinə münasibət bildirən Mürvət Həsənli deyib ki, bu, istehsal prosesindəki problemlərlə əlaqəlidir:

“Gündəlik 400 min baş quş kəsilməli olduğu halda, hazırda yalnız təxminən 280 min baş quş kəsilir. Bu vəziyyət əsasən kəsimxanaların azlığı ilə bağlıdır. Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, hələlik cavab verilməyib”.

Quşçuluğ sahəsində ən mühüm xüsusiyyətlərdən biri də təsərrüfatda bioloji fasilənin verilməsidir. Bu barədə mövcud problemlərə toxunan Mürvət Həsənli vurğulayıb ki, bugünkü şərait bu addımı atmağa imkan vermir:

“Mövcud fabrik və fermalarda yenilənmə işlərinin aparılmaması, yeni texnologiyalara uyğun infrastrukturun qurulmaması və bəzi icra hakimiyyəti orqanlarının müdaxilələri bu prosesi çətinləşdirir. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Bioloji fasilə zamanı bir binada bir mövsüm quş saxlandıqdan sonra bina tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Əks halda həm ətlik, həm də yumurtalıq istiqamətdə ölüm faizinin artması müşahidə olunur ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olur”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri