Icma.az
close
up
RU
Məktəblərin qarşısında o məhsulların satışına qadağa qoyulmalıdır Ekspert

Məktəblərin qarşısında o məhsulların satışına qadağa qoyulmalıdır Ekspert

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son araşdırmalara görə, dünyada uşaqların təxminən yarısı ən azı həftədə bir dəfə enerji içkiləri içir. Hətta bir çox şagird və tələbələr bu içkilərdən asılı vəziyyətə düşüblər. Gündə bir dəfə də olsa onlardan istifadə etmədikdə dərsdə uğurlu olmadıqlarını düşünən tələbə və məktəblilər heç də az deyil.

Qeyd edək ki, enerji içkiləri tərkibində kafein, taurin, ginsenq, quarana, vitaminlər, herbal bitki əlavələri və şəkər olan alkoqolsuz içkilərdir. Bu maddələr sinir sisteminə stimulyator təsir göstərərək fiziki və zehni aktivliyi, diqqəti artırıcı, oyadıcı, yuxunu gecikdirici təsir göstərir. Kafein əsas tərkib maddəsidir və onun miqdarı çay, ya da kofedəkindən 3-5 dəfə artıqdır. 250 qramlıq enerji içkisinin tərkibində təxminən ikiqat espresso qəhvəsi qədər – 80 mq kafein mövcuddur. Bu tipli içkilərin təhsil müəssisələrinin yaxınlığında satılması isə əlçatanlığı daha da artırır. 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərin qarşısında enerji içkilərinin, tütün məmulatlarının və spirtli içkilərin satışı ciddi sosial və sağlamlıq problemlərinə yol açır:


“Bu məhsulların məktəb yaşlı uşaqlar üçün əlçatan olması, onların erkən yaşda zərərli vərdişlərə yiyələnməsinə və fiziki-psixoloji sağlamlıqlarına mənfi təsir göstərməsinə səbəb ola bilər. Enerji içkilərinin tərkibində yüksək miqdarda şəkər və kofein olduğu üçün onların uşaqlar tərəfindən istifadəsi diqqət pozğunluğu, yuxusuzluq, ürək-damar problemləri kimi ciddi sağlamlıq riskləri yaradır. Tütün məmulatları və spirtli içkilər isə yalnız sağlamlığa deyil, həm də uşaqların davranışına, sosial inkişafına və gələcəkdə asılılıq problemlərinə səbəb ola bilər”.

Ekspertin sözlərinə görə, məktəblərin qarşısında fəaliyyət göstərən köşklərdə bu məhsulların satışının təşviq edilməsi cəmiyyətdə məsuliyyət və nəzarət mexanizmlərinin zəifliyini göstərir:

“Bu həm qanunvericiliyin gücləndirilməsini, həm də ictimai nəzarətin artırılmasını tələb edir. Valideynlər, müəllimlər və yerli idarəetmə orqanları bu məsələdə daha aktiv iştirak etməli və uşaqların sağlamlığını qorumaq üçün lazımi tədbirlər görməlidir. Məktəblər uşaqların yalnız təhsil aldığı yerlər deyil, həm də onların sağlam və təhlükəsiz mühitdə böyüdüyü məkanlar olmalıdır. Bu səbəbdən, məktəblərin qarşısında zərərli məhsulların satışına qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməli, həmçinin maarifləndirmə kampaniyaları həyata keçirilməlidir. Gənc nəsli qorumaq hər birimizin vəzifəsidir”.

Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 Noyabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri