Icma.az
close
up
RU
Qiymətlər qalxacaq, iş yerləri bağlanacaq Avropa təşvişdə

Qiymətlər qalxacaq, iş yerləri bağlanacaq Avropa təşvişdə

Icma.az bildirir, Bakupost portalına istinadən.


Avropa İttifaqı ABŞ-ın polad və alüminium tariflərinə qarşılıqlı tədbirləri paketi ilə cavab verir.

Bakupost.az Euronews.com-a istinadən xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi yeni tariflərə cavab olaraq, ABŞ ixracatına qarşı yönəlmiş tədbirlər paketini açıqlayıb.

Bu tədbirlər qayıqlar, burbon içkiləri və Harley-Davidson motosikletləri də daxil olmaqla müxtəlif Amerika məhsullarını hədəfə alır.

Bu addım Avropa İttifaqının "haqsız və pozucu" hesab etdiyi, gecə yarısından qüvvəyə minmiş ABŞ tariflərinə cavab olaraq atılıb.

“Biz bu addımı dərin təəssüflə qarşılayırıq. Tariflər əslində vergidir. Onlar həm biznes üçün zərərlidir, həm də istehlakçılar üçün pisdir. Bu tariflər təchizat zəncirlərini pozur və iqtisadiyyatda qeyri-müəyyənlik yaradır,” – deyə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bildirib.

“Bu vəziyyətdə minlərlə iş yeri risk altındadır. Qiymətlər qalxacaq, həm Avropada, həm də ABŞ-da”, deyə o əlavə edib.

Bir ay əvvəl ABŞ Prezidenti Donald Tramp polad, alüminium və əlaqəli məhsulların idxalına 25% tarif tətbiq edən sərəncam imzalamışdı. Bu qərar təxminən 26 milyard avro dəyərində Aİ-yə aid ixracata təsir edir.

O zaman Avropa İttifaqı bu addımı sərt şəkildə tənqid etmiş və ABŞ-nin bu tarifləri qüvvəyə minə, cavab tədbirlərindən çəkinməyəcəyini bildirmişdi.

Aİ, xüsusilə də Almaniya, ABŞ-a böyük miqdarda polad ixrac edən əsas tərəfdaşlardan biridir. Trampın ilk prezidentlik dövründə də Aİ oxşar tariflərə cavab olaraq ABŞ məhsullarına 2,8 milyard avro dəyərində əlavə gömrük rüsumları tətbiq etmişdi.

İkimərhələli cavab

Avropa İttifaqının cavab tədbirləri iki mərhələdə həyata keçiriləcək. 1 aprel tarixində Aİ, 2018 və 2020-ci illərdə ABŞ-a qarşı tətbiq etdiyi mövcud qarşılıq tədbirlərinin müddətinin bitməsinə imkan verəcək və onları ləğv edəcək. Bu tədbirlər qayıqlar, burbon içkiləri və Harley-Davidson motosikletləri də daxil olmaqla bir sıra Amerika məhsullarını əhatə edirdi və təxminən 8 milyard avro iqtisadi zərəri kompensasiya etməyə yönəlmişdi.

Aprelin ortalarında isə Aİ ABŞ tariflərinə cavab olaraq yeni tədbirlər paketini qüvvəyə mindirəcək. Bu paket ABŞ-dan təxminən 18 milyard avro dəyərində ixracı əhatə edəcək və ümumilikdə Aİ-nin cavab tədbirlərinin həcmini 26 milyard avroya çatdıracaq. Bu da ABŞ-ın tətbiq etdiyi tariflərin miqyasına uyğun olacaq.

İkinci mərhələdə nəzərdə tutulan məhsullara sənaye malları – polad və alüminium, tekstil, dəri məhsulları, məişət texnikası, ev alətləri, plastik və taxta, kənd təsərrüfatı məhsulları – toyuq əti, mal əti, bəzi dəniz məhsulları, qoz-fındıq, yumurta, süd məhsulları, şəkər və tərəvəzlər daxildir.

Bu arada, yeni qarşılıq tədbirləri ilə bağlı sənaye və ticarət nümayəndələrinin rəy bildirməsi üçün 26 martadək iki həftəlik ictimai məsləhətləşmə mərhələsi keçiriləcək.

Yeni tarifləri qüvvəyə mindirəcək hüquqi sənədin isə Aİ ölkələrinin təsdiqindən sonra aprel ayının ortalarında qəbul olunacağı gözlənilir.

Danışıqlara aparan yol

Sərt cavabına baxmayaraq, Avropa Komissiyası hələ də razılaşma yolu ilə həllə açıqdır.

“Geosiyasi və iqtisadi qeyri-müəyyənliklərlə dolu bir dünyada, iqtisadiyyatlarımızı tariflərlə yükləmək heç birimizin marağında deyil,” – deyə Ursula fon der Leyen vurğulayıb.

O, Avropa İttifaqının Ticarət Komissarı Maroş Şevkoviçə alternativ bir həll yolu tapmaq üçün Vaşinqtonla danışıqları bərpa etməyi tapşırıb.

Aİ-nin bu cavabı polad və alüminium tarifləri ilə bağlı 2018-ci ildən – Tramp administrasiyası ilk dəfə Avropa ixracatına gömrük rüsumları tətbiq etdikdən bəri davam edən ticarət mübahisələrinin davamıdır.

Əvvəlki danışıqlar nəticəsində tariflər müvəqqəti dayandırılmışdı, lakin ABŞ-ın son qərarları yenidən gərginliyi artırıb və Aİ-ni tədbir görməyə vadar edib.

Amin Rızayev, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Mart 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri