Icma.az
close
up
RU
Qiymətləri bahalaşdırırıqsa, məktəblilərə sosial güzəşt paketi təqdim olunmalıdır TƏKLİF

Qiymətləri bahalaşdırırıqsa, məktəblilərə sosial güzəşt paketi təqdim olunmalıdır TƏKLİF

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Metro nəqliyyatında və müasir stansartlara cavab verən avtobuslarda sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təşkil edəcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.

Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, metrodan, avtobusdan istifadə edən əhalinin əsas hissəsi aztəminatlı ailələrdir.

"Tarif Şurası və müvafiq qərar qəbul edən şəxslər bunu 10 qəpik-10 qəpik artırırlar. Amma biz məsələyə yalnız bu gün qiymətin 10 qəpik artırılması kontekstindən yox, qiymətin 60 qəpik olması kontekstindən yanaşsaq, təbii ki, aztəminatlı ailələr üçün bu kifayət qədər bahalı rəqəmdir. Təsəvvür edin ki, bir aztəminatlı ailənin üzvlərindən iki nəfəri orta məktəb şagirdidirsə və valideynləri də ora daxil olsa, bu iki nəfər gün ərzində avtobusla, metroyla iki gediş etsələr, bu, hər birinin bir gediş, bir qayıdışda 1 manat 20 qəpik olur ki, bu da böyük rəqəmdir".

Müsahibimizin sözlərinə görə, qiymətləri bahalaşdırırıqsa, məktəblilərə sosial güzəşt paketi təqdim olunmalıdır:

"Biz SSRİ dönəmində tələbə olarkən aldığımız müavinətdən hər ay 2 manat 50 qəpik çıxılırdı və bizə bir ay müddətində ictimai nəqliyyatdan daimi və limitsiz istifadə etmək üçün xüsusi kart verilirdi. Bu kartla bir ay demək olar ki, bütün nəqliyyat növlərindən istər avtobusdan, istər metrodan limitsiz istifadə etmək mümkün olurdu.

Mənə elə gəlir ki, qiyməti qaldırarkən ən azı aztəminatlı ailələr, sosial ehtiyacları aşağı səviyyədə olan insanlar, tələbələr və orta məktəb şagirdləri üçün aşağı qiymətlər və birdəfəlik ödəniş şərtləri ilə limitsiz kartlar təqdim olunmalıdır. Bu kartlar inkişaf etmiş, insanların iqtisadi baxımdan yaxşı imkanlara malik olduğu ölkələrdə də tətbiq olunur.

Əlbəttə, qiymətlərin artımı yaxşı hal deyil. Bu artım taksi xidmətlərinə və digərlərinə ciddi təsir göstərməməlidir, çünki burada yalnız 10 qəpik artımdan söhbət gedir. Amma ümumi götürəndə, qiymətlərin bahalaşması bütün sferalara öz təsirini göstərəcək".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri