Icma.az
close
up
RU
Qiymətli kağız ... Təhsil aldığı ixtisas üzrə biliyi olmayan məzunun magistr diplomu da iş ə yaramaz

Qiymətli kağız ... Təhsil aldığı ixtisas üzrə biliyi olmayan məzunun magistr diplomu da iş ə yaramaz

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib. İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda ümumilikdə 85 binada təşkil olunub. İmtahanda iştirak üçün 21 min 926 bakalavr ərizə təqdim edib.Magistr təhsili önəmlidirmi?Magistr məzunu olmaq hansısa sahədə iş imkanı, vəzifə yüksəlməsi və ya maaş artımına müsbət təsir edirmi?

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, magistr təhsili bakalavr təhsilinin daha dərinləşmiş pilləsidir: “Magistr təhsilli məzunlarını öz ixtisasını daha dərin formada bilən, eyni zamanda bakalavr təhsilindən daha üstün bacarıq və səriştələr əldə etmiş məzun olaraq görürük. Maaş artımında bakalavr təhsili və ya magistr təhsilinin bir fərqi yoxdur. Çünki vəzifə təsnifatı üzrə maaşlara münasibət mövcuddur. Magistr təhsilli məzun əgər daha yaxşı təhsil alıbsa və magistr təhsili aldığı müddətdə dərin biliklərə yiyələnibsə müqayisədə əmək bazarında tələblər nəzərə alınmaqla onun daha karyera yüksəlişində irəliləyişi daha böyük olur. İstər bakalavr təhsilli məzun olsun, istər magistr təhsilli məzun olsun, şəxs öz ixtisasını yaxşı bilməlidir. Yaxşı oxumalı, öz ixtisası üzrə bilikləri, bacarıqları əldə etməlidir. Mənim bakalavr diplomum var və yaxud magistr diplomum var, amma əldə etdiyim biliklər yoxdursa, təbii ki, mən əmək bazarında rəqabətə davam gətirə bilməyəcəm və burada hansısa karyera yüksəlişindən də söhbət gedə bilməz”.

İlqar Orucov

İlqar Orucov qeyd edib ki, bacarıq və səriştələr də çox önəmlidir. Yəni təkcə diplomun olması şərt deyil, şərt həm də yaxşı biliyə və yaxşı bacarığa malik olmaqdır. Şəxs daim öz ixtisası üzrə yenilikləri öyrənməyə açıq olmaqdır.

Ekspert hesab edir ki, magistr təhsilinin yalnız o zaman üstünlüyü var ki, şəxs ixtisası üzrə aldığı təhsil pillələrindəki biliklərə yiyələnib. Çünki magistr təhsili zamanı o daha dərin biliklər alır və təbii ki, daha üstün olur.

“Bir kağız parçası olan diplomla təhsil səviyyəsi ölçülmür. İnsanın bilik və bacarıqları olmalıdır. Bəzən biz görürük ki, diplom yetərli deyil. Bəzən şəxslər imtahanın xətrinə oxuyur və zamanını keçirir. Bütövlükdə ixtisas üzrə həmin proqramın məzmunu yaxşı mənimsəmir. Bu zaman onun üçün problemlər olacaq”-deyə İlqar Orucov bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Fevral 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri