Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb.
“Report”un xəbərinə görə, bir müddət əvvəl evli olan,1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad soyad şərtidir) qaçırıb.
Ötən gün qızın qardaşları bacıların arxasıyca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.
Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.
Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıb.
Baxış sayı:119
Bu xəbər 26 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















