Icma.az
close
up
RU
Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb

Qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb

Yevlaxda qız qaçıran şəxs avtomobilin baqajında ölü tapılıb.

Ölkə.az-ın “Report”a istinadən xəbərinə görə, evli olan, 1988-ci il təvəllüdlü Azər Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-ı (ad, soyad şərtidir) qaçırıb.

Ötən gün qızın qardaşları bacılarının arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər.

Onlar burada Azər Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.

Yevlaxda Azər Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıb.

seeBaxış sayı:24
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri