Icma.az
close
up
RU
Qız qızıla dönür : Ailələrdə niyə ancaq oğlan dünyaya gəlir?

Qız qızıla dönür : Ailələrdə niyə ancaq oğlan dünyaya gəlir?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb. 

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb. Rəsmi məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,8 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,2 faiz olub.  

Doğulan körpələr arasında oğlanların üstünlük təşkil etməsi nə ilə bağlıdır?

İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva “Cümhuriyət”-ə bildirib ki, doğum səviyyəsinin azalmasının bir neçə səbəbi var: 

“Əsas səbəblərdən biri nikaha daxilolma hallarının azalmasıdır. Nikaha girmək istəyən gənclərin sayında azalma müşahidə olunur. İkinci əsas səbəb isə ailə qurduqdan sonra uşaq dünyaya gətirmə qərarına sosial-iqtisadi vəziyyətin ciddi təsir göstərməsidir. Ailələr düşünür ki, bir və ya iki uşaqla kifayətlənsələr, onları daha yaxşı təmin edə, hazırlıqlara qoya və təhsilləri ilə daha yaxından məşğul ola bilərlər. 

Düşünürlər ki, nəslin davamı üçün 2 uşaq bəs edər. Lakin bu düzgün fikir deyil. Nəsil artımı üçün ailədə ən azı 3 uşaq olmalıdır ki, bu uşaqlar da gələcəkdə ailə quraraq həmin tendensiyanı davam etdirsinlər və nəticədə nəslin artımına səbəb olsunlar. Bundan əlavə, tez-tez avropalaşma təsirlərindən də danışırıq. Doğrudur, Avropada da çoxuşaqlılıq yoxdur. Orada da hər ailədə bir və ya iki uşaq olur. Onlar bu uşaqları rahatlıqla böyüdə bilirlər. Bu tendensiyanın da bizim cəmiyyətə müəyyən təsiri var”. 

Onun sözlərinə görə, qızların sayının azalması tendensiyası uzun müddətdir davam edir: 

“Biz daimi olaraq təkliflər irəli sürür, maarifləndirici tədbirlər həyata keçirir, müxtəlif seminar və görüşlər təşkil edirik. Lakin  heç bir təsiri yoxdur. Əgər dövlət tərəfindən selektiv abortların qarşısını almağa yönəlik hansısa cəza tədbirləri tətbiq olunmasa, bu proses davam edəcək. Bu cür halların baş verməsinə şərait yaradan tibb müəssisələridir. Onlara qarşı ciddi nəzarət və cəza tədbirləri tətbiq olunmalıdır. Düzdür, dövlətimiz tərəfindən çoxuşaqlı ailələrə müəyyən təzminatların ayrılması, yeni doğulan uşaqlar üçün verilən müavinətin artırılması nəzərdə tutulub. Lakin bütün bunlara baxmayaraq, proses hələ də davam edir”. 

Zenfira Mustafayeva qeyd edib ki, proses belə davam edərsə,  faciəyə gətirib çıxaracaq: 

“İlk növbədə dövlət, ikinci növbədə cəmiyyət və insanlar buna meyilli olmalıdırlar. İnsanlar dərk etməlidirlər ki, əgər yalnız oğlan uşaqları doğulur, qız uşaqları məhv edilirsə, bu, gələcəkdə ciddi sosial fəsadlara və hətta faciəyə səbəb ola bilər. Televiziya, sosial şəbəkələr və digər informasiya vasitələrində bu problem izah olunmalıdır ki,  tendensiyanın davamı cəmiyyət üçün təhlükəlidir. Çoxuşaqlı ailələrə dövlət tərəfindən müəyyən stimullar verilməlidir ki, bu ailələr daha çox uşaq dünyaya gətirsinlər. Belə ailələr üçün dəstək mexanizmləri, qərarlar və güzəştlər tətbiq olunmalıdır. 

Qız uşaqları ilə bağlı da biz dəfələrlə təkliflər irəli sürmüşük. Məsələn, qız uşaqları dünyaya gəldikdə onlar üçün xüsusi “uşaqpulu” və digər sosial güzəştlər nəzərdə tutulmalıdır. Doğrudur, bu zaman oğlan və qız uşaqları arasında müəyyən fərq yarana bilər. Amma yenə də onlar üçün hansısa bir üstünlük müəyyən edilməlidir ki, hazırki neqativ tendensiyanın qarşısını alaq. Bundan əlavə, qız uşaqlarının təhsil almasına və gələcəkdə cəmiyyətə faydalı fərd kimi yetişməsinə dəstək olmaq üçün onlara xüsusi güzəştlər edilməlidir”. 

Z. Mustafayeva vurğulayıb ki, televiziyada və sosial şəbəkələrdə mənfi qadın obrazlarının təbliği bəzən qız uşaqlarına qarşı əvvəlcədən nifrət hissi yaradır: 

“Radikal dini təsirləri də unutmayaq. Televiziyada, “TikTok” və digər sosial şəbəkələrdə yayımlanan bəzi mənfi nümunələr, xanıma yaraşmayan həyat tərzi,  bunun təbliği valideynləri qorxuya salır. Onlar düşünürlər ki, əgər qızları olsa, onlar da yanlış yollara düşə bilər. Beləliklə, "qız uşağına baxmaq çətindir", "qoruya bilmərəm", "başımı aşağı sala bilər", "namusum ləkələnər" kimi qorxular yaranır. Bu reallıqları gizlətməyək. Çünki bütün bu qorxular ətraf mühitin, cəmiyyətin verdiyi mənfi mesajlardan qaynaqlanır və  ailələrə təsir göstərir. 

Halbuki biz cəmiyyət olaraq müsbət nümunələri önə çıxarmalıyıq. Uğurlu qadınlarımızı misal göstərməliyik. Təəssüf ki, bunları çox vaxt açıq şəkildə demirik, adətən içimizdə danışırıq. İndi əsas səbəb kimi sosial-iqtisadi problemləri göstəririk. Halbuki belə problemlər qədim dövrlərdə də mövcud olub. O zaman da ailələr çətinlik içində yaşayıblar. O zaman ailələr qız uşaqlarını tələf edirdilər? Düzdür, qız uşağına oğlan qədər münasibət olmasa da, amma hər ailədə xanım-xatun qızlarımız böyüyüb. 

Elə bir cəmiyyət qurmalıyıq ki, ailə qurmaq istəyən gənclər qorxmasın. Çünki çox zaman ailə qurmazdan əvvəl düşünürlər ki, evim yoxdur, dolanışığım çətindir, uşağa necə baxacağam? Bu qorxular onları ailə qurmaqdan çəkindirir, nəticədə o yaşa çatırlar ki, artıq ailə qurmaq belə istəmirlər. Bütün bu problemlərin həllində istər dövlət, istər cəmiyyət, istərsə də hər bir fərd birlikdə məsuliyyət daşıyır”. 

İqtisadçı -ekspert Fərhad Pərvizin fikrincə isə doğum səviyyəsinin aşağı düşməsinin iki əsas səbəbi var:

“Birinci səbəb hazırda uşaq böyütməyin baha başa gəlməsidir. Ölkədə keyfiyyətli məktəbəqədər və bağça təhsili olmadığına görə valideynlər, xüsusilə də analar, daha çox işləmək məcburiyyətində qalırlar və uşaq dünyaya gətirməyi prioritetləşdirə bilmirlər. 

İkinci səbəb isə kişilərin uşaqların böyüdülməsində iştirakının məhdud olmasıdır. Belə şəraitdə bütün yük əsasən ananın üzərinə düşür və yeni analar bu vəziyyətdə uşaq  istəmirlər.  Adətən doğulan uşaqlarda cins nisbəti 50/50 olurdu. Hazırda da Azərbaycanda gender balansı qorunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qadın və kişi sayı demək olar ki, bərabərdir. Ona görə də, narahatlıq üçün bir illik statistika yetərli deyil”. 

Fərhad Pərvizi vurğulayıb ki, nikahların azalmasından qorxmaqdansa, hazırda boşanmaların artmasından, ailədə 2 və daha az uşaq olmasından narahat olmaq daha məqsədəuyğundur: 

“Lakin uzunmüddətli dövrdə cins balansının pozulması sosial narazılıqlara səbəb ola bilər. Bu, kişilər arasında narazı bir kütlənin formalaşmasına gətirib çıxara və nəticədə ölkə əhalisinin azalmasına yol aça bilər. Kişilər üçün evlilik qadınlara nisbətən daha vacib sayılır. Müasir dövrdə qadınların qazanc əldə etmək və sosiallaşmaq imkanları daha genişdir. 

Belə olan halda, qadınlar mənsubiyyət duyğusunu və özünü təmin etmə ehtiyacını daha rahat şəkildə qarşılayırlar. Kişilər üçün isə evlilik daha böyük dəyər daşıdığından, bu məqsədə çata bilmədikdə aqressivləşə, passivləşə və faydalı əmək fəaliyyətindən uzaq qala bilirlər. Bu səbəbdən, nikahların azalmasındansa, boşanmaların artması və ailələrdə iki və daha az uşağın olması daha ciddi narahatlıq doğurmalıdır”. 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Qız oğlan ailələr Zenfira Mustafayeva Fərhad Pərvizi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri