Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Qız uşaqlarına qoyulan bu qadağa ailə həyatına ciddi ziyan vurur Həkim sirləri açdı

Qız uşaqlarına qoyulan bu qadağa ailə həyatına ciddi ziyan vurur Həkim sirləri açdı

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Cinsi sağlamlıq, münasibətlərdə harmoniyanın qorunması və partnyorlar arasında qarşılıqlı anlaşma hər bir ailənin təməl daşıdır. Lakin bu sahədə maarifləndirmənin azlığı, tabu və stereotiplər səbəbindən insanlar uzun illər boyu problemlərlə yaşamağa məcbur qalırlar. Məsələyə həm psixoloji, həm də seksoloji prizmadan yanaşmaq isə vacib həll yollarından biridir.

Yenisabah.az məsələ ilə bağlı klinik psixoloq, seksoloq və psixoterapevt Təhmasib Cavadzadə ilə əlaqə saxlayıb. Mütəxəssis həm ciddi seksoloji problemlərlə qarşılaşanların, həm də bu sahədə maariflənmək istəyənlərin diqqət etməli olduqları məqamları açıqlayıb.

Təhmasib Cavadzadə bildirib ki, seksoloqa yalnız problemi olan şəxslər deyil, bu sahədə maariflənmək və münasibətlərini daha da inkişaf etdirmək istəyən insanlar da müraciət etməlidir: Sezar pizza

"Heç bir problemi olmayan, lakin seksual həyatlarında daha yaxşı inkişaf etmək istəyən cütlüklər də seksoloqlara müraciət edə bilərlər. Çünki münasibətlərdə tərəflər uzun müddət bir yerdə olduqca, ya özləri müəyyən şeyləri kəşf etməlidir, ya da seksoloqla işləyərək bu mövzularda maariflənməlidirlər".

Mütəxəssis vurğulayıb ki, cinsi mövzularda maarifləndirmənin olmaması ciddi nəticələrə gətirib çıxarır:

"Mən 12 ildir ki, Azərbaycanda fəaliyyət göstərirəm. Amma bu müddətdə dəfələrlə şahidi olmuşam ki, cəmiyyətimiz hələ də bu mövzularda maariflənməyib. İnsanlar seksoloqa yalnız ciddi problem yarandıqda, o da çox gec mərhələdə müraciət edirlər".

Təhmasib Cavadzadənin sözlərinə görə, bəzi pasiyentlər seksoloji problemi olduğu halda, səhvən nevroloqa müraciət edir:

"Bu, eynilə göz ağrısı üçün qulaq həkiminə getməyə bənzəyir. Nəticədə xəstəyə dərman və antidepressantlar təyin olunur. Amma bu dərmanlar insanda libidonu və seksual istəyi azaldır. İnsan seksual münasibət qurmalı olduğunu başa düşsə də, içində o istəyi oyada bilmir".

Seksoloq əlavə edib ki, maariflənməyə təkcə problemi olanlar yox, həm subay, həm də evli cütlüklər açıq olmalıdır:

"Bəzən hər şey normal görünür, amma cütlüklər cinsi fantaziyalarını canlandıra bilmirlər. Bu da zamanla seksual münasibəti zəiflədir. Problemin kökündə isə tərəflərin bir-biri ilə bu mövzuda açıq danışa bilməməsi dayanır".

Mütəxəssis qeyd edib ki, kişilərin əksəriyyəti qadının cinsi istək bildirməsini hələ də yanlış qəbul edir:

"Qadınlar da cinsi istəyini dilə gətirməkdən çəkinir, çünki pozğun kimi görünməkdən qorxurlar. Bu isə illərlə formalaşmış tərbiyə metodlarımızın nəticəsidir. Qız uşaqlarına uşaq yaşlarından 'olmaz' və 'ayıbdır' yüklənir".

Təhmasib Cavadzadə vurğulayır ki, seksual maarifləndirmədə ilk addım insanın öz bədənini tanımasıdır.

O, geniş yayılan səhvlərdən biri kimi travmatik masturbasiyanı göstərir:

"Travmatik masturbasiya dedikdə, sürtünmə və ya yanlış əl hərəkətləri ilə həyata keçirilən masturbasiya nəzərdə tutulur. Bu hal həm qadınlar, həm də kişilər arasında yayılıb və cinsi həyatda problemlərə səbəb ola bilir".

Aydan Hacı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri