Qız uşaqlarının təhsildən yayınması ilə bağlı monitorinqlərin gücləndirilməsi təklif olunub
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Təhsildən yayınma hallarının qarşısının alınması, xüsusilə qız uşaqlarının təhsildən yayınması ilə bağlı monitorinqlərin gücləndirilməsi təklif olunub. SİA xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.
Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məlumatda bildirilib ki, təhsilin bütün pillələrində fənn proqramlarına qadın hüquqları, gender bərabərliyi üzrə mövzuların daxil edilməsi, eləcə də təhsilin bütün pillələrinə aid tədris resursları üzrə gender ekspertizasının keçirilməsi təklif olunub.
Bundan başqa, Komitə təklif edib ki, təhsil müəssisələrində, xüsusilə, ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının az olduğunu nəzərə alaraq, təhsil sahəsinə kişilərin cəlb edilməsini stimullaşdıran tədbirlər müəyyən olunsun.
Eyni zamanda, ali təhsil müəssisələrində liderlik, idarəetmə, qərarvermə, sağlam, yaradıcı, sərbəst düşünmə, düşüncələri ifadəetmə bacarıqlarının inkişafı üzrə də fənlərin tədrisi təklif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 21 May 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















