Icma.az
close
up
RU
Qıza görə üç gənc öldürülüb, bir yaralı var

Qıza görə üç gənc öldürülüb, bir yaralı var


Türkiyədə qız məsələsinə görə iki qrup arasında başlayan silahlı qarşıdurmada üç nəfər ölüb, bir nəfər yaralanıb.
Reyting.az
xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərinin Çeşme mahalında qeydə alınıb.
İddia olunur ki, iki qrup arasında qız məsələsinə görə mübahisə yaranıb. Hadisə böyüdükcə tərəflərdən biri, iki dostunun da müşayiəti ilə olan B.B. üzərindəki silahla qarşı tərəfdəki 4 nəfəri güllələyib. Hadisə yerinə çox sayda polis və təcili yardım qrupları gəlib.
Azad Demir, Abdurrahim Doğan və Mehmet Sait hadisə yerində həyatını itirib, A.M adlı şəxs isə yaralanıb.
Həyati təhlükəsi olmayan yaralı Dokuz Eylül Universiteti Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərilib. Hadisədən sonra şübhəli B.B. sürətlə ərazidən qaçarkən, onunla birlikdə olan iki dostu saxlanılıb.

V. QULİYEV

Ana səhifəyə dön


seeBaxış sayı:92
embedMənbə:https://reyting.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri