Icma.az
close
up
RU
Qızı ağladı deyə arvadını döydü Qadın bağışladı

Qızı ağladı deyə arvadını döydü Qadın bağışladı

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 1988-ci il təvəllüdlü Aqil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Mədinəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 3-də Hökməli qəsəbəsində baş verib. Aqil həmin gün gecə saat 00:05-də ailə üzvləri ilə birlikdə yaşadığı fərdi evdə arvadı Mədinə ilə mübahisə edib.
Mübahisəyə səbəb onların nigahın pozulması məsələsində anlaşmazlığa gəlmələri olub. Hətta azyaşlı övladları (2012-ci il təvəllüdlü) də bu mübahisədən məlumatlı olub və vəziyyət gərginləşib. Aqil azyaşlı övladının nikahın pozulması ilə bağlı vəziyyətin pisləşməsində arvadını günahkar bilib və ona irad bildirib. Bu səbəbdən tərəflər arasında ailə daxili mübahisə yaranıb.
Mübahisə zamanı Aqil arvadının üzərinə hücum edib və əl ilə, yumruq zərbələri ilə onun sifətinə, başına, boynuna və bədəninin müxtəlif nahiyələrinə vurub.
Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Mədinə ilə 2010-cu ildə ailə həyatı qurub və birgə nigahdan üç övladı, 2012-ci il təvəllüdlü qızı, 2013-cü il təvəllüdlü və 2015-ci il təvəllüdlü oğlanları olub:
“Əvvəllər Mədinə ilə münasibətlərimiz yaxşı olsa da, son zamanlar aramızda sözlə mübahisələri olur. Aprelin 3-də, gecə saat 00:05-də yaşadığımız evdə olan zaman Mədinə ilə aramızda ailə məişət münasibətləri zəminində mübahisə baş verdi. Mübahisə zamanı Mədinədən qızımın evdə nəyə görə ağladığını soruşdum. O, da mənə məhkəməyə boşanma ilə bağlı müraciət etdiyimizi qızım bildiyi üçün ağladığını söylədi. Qızımın bundan xəbəri olması sözünü eşidəndə əsəbiləşdim. Mədinənin üzərinə gedərək evin yataq otağında yumruq zərbəsi ilə onun başına vuraraq onu döydüm”.
Məhkəmədə məlum olub ki, təqsirləndirlən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən ona qarşı şikayətini geri götürüb. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə  Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2026 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri