Icma.az
close
up
RU
Yenə niyə içmisən deyən arvadını döydü, qadın bağışladı

Yenə niyə içmisən deyən arvadını döydü, qadın bağışladı

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonunda sərxoş vəziyyətdə evə gələn kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 10-da rayonun Saray qəsəbəsində baş verib. Füzuli rayon sakini, 1984-cü il təvəllüdlü Seymur həmin gün gecə saat 23 radələrində yaşadığı Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə alkoqol sərxoşluğu vəziyyətində gəlib. 
Həmin ünvanda onunla bərabər yaşayan arvadı Səlimə (adlar şərtidir – red.) ona evə sərxoş vəziyyətdə gəlməsi ilə bağlı irad bildirib. Bu zaman tərəflər arasında həmin səbəbdən ailə məişət münasibətlər zəminində mübahisə yaranıb. 
Narazılıqla bağlı mübahisə baş verdikdən sonra Seymur həmin mübahisə əsnasında arvadının üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə onun göz, sifət, baş, sinə, qol və bədəninin müxtəlif nahiyələrinə ardıcıl vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Faktla bağlı Seymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə məlum olub ki, tərəflər arasında barışıq olub. Zərərçəkmiş təqsirləndirilən şəxslə barışması, ona qarşı şikayətini geri götürməsi ilə bağlı məhkəməyə sənəd təqdim edib. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Mart 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri