Bakıda qızı taksiyə minən kişi arvadını döydü
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Bakıda kişi arvadını döyüb.
Modern.az xəbər verir ki, hadisə Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.
67 yaşlı Toğrul Məmmədov (şərti adla) yaşadıqları evin həyətində 63 yaşlı arvadı Gülyazı (şərti adla) döyüb. Buna səbəb onlara qonaq gələn qızının taksiyə minməsi olub. Kişi qızına irad bildirmək istəyərkən arvadı onun qabağına keçib. Bu zaman Toğrul Məmmədov qadının başına əli ilə bir neçə dəfə zərbə vurub. Nəticədə qadın dərəcəsi müəyyən olunmayan xəsarətlər alıb.
Fakt əsasında T. Məmmədov saxlanılaraq, barəsində cinayət işi açılıb.
T. Məmmədov ifadəsində bildirib ki, arvadı ilə eyni ünvanda yaşasalar da, yeməyini özü bişirir, paltarlarını özü yuyur. Onun sözlərinə görə, hazırda zərərçəkənlə barışıb.
Zərərçəkən Gülyazın sözlərinə görə isə əri ilə eyni həyətdə, lakin ayrı evlərdə qalırlar. O bildirib ki, əri əlində taxta ilə onlara qonaq gələn qızının üstünə hücum çəkib. Gülyaz Toğrula qarşı şikayətinin olmadığını deyib.
Məhkəmə qərara gəlib ki, təqsirləndirilən şəxs dəyən ziyanı ödədiyi və zərərçəkənin şikayəti olmadığı üçün cinayət işinə xitam verilməlidir. Beləliklə Toğrul Məmmədov məsuliyyətdən azad edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 04 Oktyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















