Icma.az
close
up
RU
Qızıl bahalaşır, əmlak stabil qalır: Gələn il nə almaq sərfəlidir?

Qızıl bahalaşır, əmlak stabil qalır: Gələn il nə almaq sərfəlidir?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Son vaxtlar sosial şəbəkələrdə Azərbaycanın investisiya bazarı ilə bağlı müzakirələr intensivləşib. Bəzi iqtisadçılar yaxın dövrdə əmlak bazarında qiymətlərin enəcəyini, eyni zamanda son aylarda sürətlə bahalaşan qızılın da ucuzlaşacağını proqnozlaşdırırlar. Bu iddialar ictimaiyyətdə investisiya qərarlarına dair suallar yaradıb. Bəs həqiqətən gələn il əmlak və qızıl bazarında ucuzlaşma gözlənilirmi? Ümumiyyətlə, əhali arasında hansı investisiya alətləri daha populyardır və yatırım edərkən hansı məqamlara diqqət yetirmək lazımdır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Qızılın bahalaşma ehtimalı çoxdur"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyir ki, hazırkı iqtisadi şəraitdə, əhali əmlak və qızıla üstünlük verdiyi üçün onların ucuzlaşma ehtimalı azdır: "Hər hansı bir əmlak növünün ucuzlaşması və ya bahalaşması barədə proqnoz verərkən onun qiymətinə təsir edən amillər nəzərə alınmalıdır. Əmlak və qızıl iqtisadi proseslərdən asılı olaraq qiymət artımı və ya ucuzlaşma meyllərinə məruz qalır. Yaxın dövrdə qızılın ucuzlaşması real görünmür. Əksinə, proqnozlara görə, qızılın bahalaşma ehtimalı daha çoxdur".

"Əhali kapitalının gözünün önündə olmasını istəyir"

Həmsöhbətimiz bildirir ki, əmlak hazırda ölkəmizdə özünü doğruldan yeganə investisiya kimi tanınır: "Ölkədə biznes investisiyaları və fond birjalarına yatırımlar hələ də geniş yayılmayıb. Bundan əlavə, əvvəlki nəsil üçün uğursuz bank depozitləri ilə bağlı təcrübələr hələ də yaddaşdadır. Bu amillər əmlakın hazırda özünü doğruldan yeganə investisiya vasitəsi olmasını möhkəmləndirir. Təbii ki, hər hansı fors-major hadisələr risk yarada bilər, amma risk hər yerdə mövcuddur. Bu baxımdan, əmlak digər investisiya alətlərinə nisbətən daha stabil hesab olunur. Əmlakla qızıl arasında əsas fərq ondadır ki, qızıl əsasən sabit qiymət artımına malikdir, əmlak isə həm qiymət artımı, həm də icarədən gəlir əldə etmək imkanı ilə investisiyanı daha cəlbedici edir. Dünyada depozitlər populyardır, lakin Azərbaycanda geniş yayılmayıb. Əhali öz kapitalının gözünün önündə olmasını istəyir. Qızıl və əmlakı hər gün görür, saxlayır və qiymət artımını müşahidə edir. Depozit isə yanında deyil, görmək mümkün deyil, riskləri var və verilən faizlər inflyasiya səviyyəsini əksər hallarda qarşılaya bilmir".

Gələn il investisiya üçün əlverişli il deyil?

V.Oruc deyir ki, proqnozlara görə, növbəti il iqtisadi baxımdan çətin olacaq: "Lakin iqtisadi fəaliyyətin aktiv olması ilə mövcud problemlərin təsirini azaltmaq və qarşısını almaq mümkündür. 2026-cı ildə ehtimal olunan risklər arasında devalvasiya və iqtisadi fəallığın azalması yer alır ki, bu da investisiya üçün əlverişli deyil. Bundan əlavə, vergilərin artırılması, maliyyə sərtləşməsi də potensial risklər sırasındadır. Buna baxmayaraq, vətəndaşlar böyük ehtimalla yenə də daşınmaz əmlaka və qızıla üstünlük verəcəklər".

"Növbəti üç ildə..."

İqtisadçı ekspert Fərhad Pərvizi bildirir ki, 2026-cı il iqtisadi baxımdan çətin olacaq: "İlk dəfədir ki, dövlət büdcəsində xərclər artmır, sabit qalır. Azərbaycan iqtisadiyyatı prosiklikdir: dövlət xərcləri artmayanda iqtisadiyyat da artmır. Bundan əlavə, Donald Trampın OPEC və Səudiyyə Ərəbistanı ilə danışıqları neftin ucuzlaşmasına səbəb ola bilər. 2027-ci ildə də ümumilikdə dünya maliyyə böhranı proqnozlaşdırılır. Bu səbəblərdən növbəti üç ildə böyük investisiyalar etməyi düzgün hesab etmirəm".

"Daşınmaz əmlaka investisiya qoymaq optimal deyil"

Fərhad Pərvizi 2014-cü ildə daha kiçik mənzilini sataraq böyük mənzil alıb. Bunun üçün 300 min manat xərcləyib. Deyir ki, o zaman bu məbləğ 390 min dollar edirdi. 2025-ci ildə həmin evin qiyməti 700 min manata çatıb. Amma dollara çevirdikdə 700 min manat yalnız 410 min dollar edir. O deyir ki, 11 il ərzində dollarla gəlir cəmi 21 min dollar olub. Əgər həmin 390 min dolları qızıla yatırsaydı, bu gün 1,2 milyon dollar, ABŞ-dəki 500 ən böyük şirkətin səhmlərinə yatırsaydı isə təxminən 1,7 milyon dollar əldə edə bilərdi.

Mütəxəssis bildirir ki, əgər evə ehtiyacın varsa, ev almaq zəruridir, amma invеstisiya məqsədilə daha ağıllı seçimlər etmək lazımdır: "Səhm bazarı, qızıl və iqtisadiyyatı inkişaf etdirən layihələrə yatırım etmək gəlirli ola bilər, lakin yalnız daşınmaz əmlaka və dəmir-betona investisiya qoymaq optimal deyil. Ev tikilib bitir, amma zavod və fabrikə yatırım iqtisadiyyata yeni dəyərlər gətirir və daha yüksək gəlir potensialına malikdir".

"Ən gəlirli yatırım biznes qurmaqdır"

Biznes kouç Tural Əliyev isə sosial şəbəkədə dərc etdiyi paylaşımında investisiya yanaşmasını belə izah edir: "Təsəvvür edin, il 2000-dir və cibinizdə 10 min dollar pul var. Bəs bu vəsaiti hara yönəltmək daha sərfəli olardı - qızıla, torpağa, yoxsa sadəcə dollar kimi saxlamağa? 25 il əvvəlki vəziyyətlə bu günü müqayisə etdikdə mənzərə belədir: 2000-ci ildə qızılın unsiyası təxminən 300 dollar idi, bu gün isə 2500-3000 dollar civarındadır. O dövrdə 10 min dollar qızıla yatırım edilsəydi, bu gün təxminən 85 min dollar dəyərində olardı".

Həmin məbləğ Bakıda, xüsusən şəhərin inkişaf edən ərazilərində torpağa qoyulsaydı, bu gün həmin əmlakın qiyməti 200-250 min dollar aralığında ola bilərdi. Yəni 20-25 qat artım. Torpaq, əsasən, dəyərini qoruyan və artıran aktiv kimi qiymətləndirilir.

Vəsaiti dollar etdikdə isə, mütəxəssis bildirir ki, 10 min dollar nominal olaraq dəyişməsə də, alım gücü ciddi şəkildə azalıb. Dolların 1.7 AZN olması reallığı dəyişmir, pul uzun müddət "yatanda" dəyər itirir. T.Əliyevin sözlərinə nəticə olaraq dollar yalnız qoruyur, böyütmür, qızıl sabitlik verir, torpaq isə doğru seçim edildikdə insanı varlandıra bilir. O əlavə edir ki, bütün bunlara baxmayaraq, ən gəlirli yatırım biznes qurmaqdır: "Çünki qızıl da, torpaq da, pul da sizin üçün işləyə bilmir, amma ağlınız, bilikləriniz və ideyalarınız işləyə bilər. Pul yatanda azalır, işləyəndə isə çoxalır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Dekabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see262

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see248

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see200

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see169

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see160

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see159

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see145

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see145

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see139

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see139

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see138

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see136

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see136

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see135

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see135

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see134

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see131

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri