Icma.az
close
up
RU
Qızıl sürətlə bahalaşır

Qızıl sürətlə bahalaşır

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Əlvan metalın unsiyası 3500 dollara yaxınlaşır

Dünya birjalarında qızılın qiyməti yeni rekorda imza atıb. 2025-ci ilin aprel ayında qiymətli əlvan metalın bir troya unsiyası 3000 dolları ötüb. Dünyanın nüfuzlu birjalarında iyun ayı üzrə razılaşdırılmış yeni fyuçerslərin qiyməti tarixi maksimumunu yeniləyərək, bir troya unsiyası üçün 3350 dollardan yuxarı qalxıb. Nyu-Yorkun “Comex” birjasında qızılın bir unsiyası üçün növbəti 3 aylıq fevral fyuçerslərinin qiyməti 3300-3400 dollar ehtimal edilib. ABŞ-ın birja analitiklərinin fikrincə, qızılın qiyməti 2025-ci ilin ortalarına doğru artmaqda davam edəcək.

Trampın siyasəti, qlobal geosiyasi gərginliklər

Dünyanın aparıcı banklarının da qızılla bağlı gözləntiləri optimistdir. Danimarkanın aparıcı banklarından biri olan “Saxo Bank”ın proqnozuna əsasən, “cari il üçün qızılın qiyməti 3300-dən aşağı olmayacaq. Bankın əmtəə üzrə mütəxxəssisi Ole Hansen qızılın bahalaşmasını bir neçə əsas amillə əlaqələndirir. Onun fikrincə, ilk amil kimi qlobal səviyyədə artmaqda olan geosiyasi gərginliklər və ABŞ-ın idxal rüsumlarını yüksəltməsi təsiredici rol oynayır. ABŞ-da faiz dərəcələrinin ötən ilin sonlarında azaldılması və yenidən uçot stavkasında azalma gözləntiləri də qızılın qiymətinə təsir edir. Donald Trampın yeni maliyyə siyasəti  ucuz dollar, bahalı qızıl investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması  istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl bahalaşır. Eləcə də virtual pulların bahalaşması stimullaşır, qiymətli metallar yeni dəyərlər qazanır.

Bundan başqa, Amerikada və digər inkişaf etmiş ölkələrdə dövlət borclarının sürətlə artması və iqtisadi qeyri-müəyyənlik qızılın daha da bahalaşmasına səbəb olur. Həmçinin beynəlxalq yığımlarda qızıla tələbin artması müşahidə edilir. Dünyanın aparıcı mərkəzi bankları, xüsusilə inkişaf etməkdə olan ölkələrdəki bank institutları ardıcıl olaraq hər il 1000 tondan çox qızıl alıblar. Nəticədə, qızıl dəyər qoruyucu vasitə kimi iqtisadi qurumların əsas portfel alətlərindən biri kimi möhkəmlənir.

Səhmdarlar və banklar sürətlə qızıl toplayır

Birjalarda qeydə alınan tendensiyalar fonunda investorlarda da qızıla meyillilk güclənir. Onların investisiya portfellərində yığımların transformasiyası müşahidə edilməkdədir. Ehtimal olunur ki, qlobal səhmdarlar dünya səhm bazarındakı dəyişkənliklərə cavab olaraq, öz yığımlarını daha təhlükəsiz investisiya seçimlərinə, daha doğrusu, qızıla  yönəldəcək. Analitiklərin fikrincə, daha güclü ABŞ dolları və artan ABŞ istiqraz faizləri ilin ilk yarısında qızıl üzərində təzyiq yarada bilər.

Ümumiyyətlə, qızıl bir qiymətli metal olaraq qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılır və hər il qızıl yığımlarının həcmi artır. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2024-cü ildə dünya mərkəzi banklarının xalis qızıl alışı əvvəlki illə müqayisədə 40 faizdən çox artaraq 800 tona çatıb. Dünyada investisiya aləti kimi qızıla tələbat isə 5 faizə yaxın artaraq 5 min tona yaxınlaşıb.

Baş verənlər qızıla həm investisiya kimi qlobal marağın artmasını, həm də bu sənaye sahəsinin investorlar üçün daha cəlbedici olmasını stimullaşdırır. Qlobal səhmdarlar pul və blokçeynlər, qiymətli kağız və səhmlərdən daha çox qızıla investisiya qoymağı indi daha məqsəduyğun sayır, eləcə də dünyanın iri şirkətlləri, suveren fondları öz yığımlarını dollar və avro ilə nisbətdə qızıl portfelinə yerləşdirməyi faydalı hesab edirlər. İnvestorların əvvəlki illə müqayisədə bu qiymətli metala tələbatı ən azı 20 faiz artıb.

Azərbaycan ən çox qızıl investisiya edən ölkələr qrupundadır

Dünya bazarında qızılın bahalaşması Azərbaycan üçün də mühüm rol oynayır. Qızıl iqtisadiyyatda çətin zamanların təhlükəsiz yastığı rolunu oynadığından bütün investorlar kimi azərbaycanlı bank və fondlar, o cümlədən Mərkəzi Bank, Dövlət Neft Fondu öz portfellərində qızıl investisiyalarına üstünlük verməkdədir. Ümumdünya Qızıl Şurasının məlumatına görə, Azərbaycan son 2 ildə qızıl investisiyalarını dayanıqlı şəkildə möhkəmləndirir. 2024-cü ildə ən çox qızıl almış ölkələr sırasında respublikamız da yer alır. Azərbaycan qızıl alışı üzrə beynəlxalq reytinqdə 5-ci yerdə qərarlaşıb.

Qızıl alışlarında Dövlət Neft Fondu (DNF) xüsusi fəallıq nümayiş etdirir. 2024-cü ilin əvvəlində qızıl ehtiyatlarının həcmi 101,8 ton olan Fondun portfelinə daha 63,5 ton əlvan metal toplanıb. Fond 2025-ci ilin ötən dövründə daha 18,7 tonluq qızıl alıb və  qızılın bahalaşması rallisində DNF-nin portfelində qızıl ehtiyatlarının həcmi 165,3 tona yüksəlib. Nəticədə, 2025-ci ilin ilk rübündə DNF-nin qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşıb.

Beləliklə, qızılın dünya bazarlarında rekord artımları Azərbaycan üçün əlverişli və yeni investisiya bloku kimi xüsusi əhəmiyyət daşıyır.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see415

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see387

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see282

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see237

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see236

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see225

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see217

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see201

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see191

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see189

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see179

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see177

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see174

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see170

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see169

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see168

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see162

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see155

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see153

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri