Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Qızıl, yoxsa daşınmaz əmlak?

Qızıl, yoxsa daşınmaz əmlak?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Qızılın bahalaşması dünya iqtisadiyyatı ona alternativ görmədiyi zamanlarda baş verir və bu prosesin gələcəkdə də davam edəcəyi gözlənilir. ABŞ hökumətinin fəaliyyətini dayandırmaq ehtimalları, dollar və digər milli valyutaların alıcılıq qabiliyyətindəki dəyişikliklər, inflyasiya, iqtisadi qeyri-müəyyənlik, dövlətlərin və iqtisadi birliklərin qəbul etdiyi qərarlar, eləcə də istehlak mallarına tətbiq olunan görünməmiş vergilər iqtisadi və siyasi münasibətlərdə müəyyən böhrana səbəb olur".
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. 
O bildirib ki, belə hallarda ən sabit və dayanıqlı aktiv kimi məhz qızıl ön plana çıxır:
"Tarixən də belə olub, indi də belədir. Artıq iqtisadi güclər hər hansı bir valyutaya tam etimadla söykənməkdə ehtiyatlı davranırlar.Bir müddət əvvəl kriptovalyutalarla bağlı böyük ümidlər yaranmışdı. Lakin kriptovalyutaların bəzi dövlətlərin və maliyyə dairələrinin qərarlarından asılı şəkildə dəyər qazanması və ya itirməsi göstərdi ki, bu istiqamətdə onlardan aktiv investisiya vasitəsi kimi istifadə etmək yanlış addımdır".
Ekspert deyib ki, qızıl və torpaq isə tarixən həm mükafat, həm mülkiyyət forması, həm də sərmayə vasitəsi kimi dəyərləndirilib:
"Hazırda da müşahidə edirik ki, qızıl və daşınmaz əmlak vətəndaşlar üçün əsas maraq doğuran və investisiyanı cəlb edən sahələrdəndir.Qızıl adətən mərkəzi banklar və FED faiz dərəcələrini azaltdıqda dəyər qazanır. Çünki iqtisadi aktivlikdə çətinliklər yarandıqda, pul kütləsini və aktivləri qızılda saxlamaq daha etibarlı hesab olunur. Bu səbəbdən də hazırda qızılın qiymət artımı məhz bu amillərlə izah olunur".
Onun sözlərinə görə, nə qədər ki, iqtisadi sabitlik tam bərpa olunmayıb, beynəlxalq münasibətlərdə gərginliklər qalmaqdadır və dünya tənzimlənmiş sistemə çevrilməyib, qızıl yenə də ən etibarlı mübadilə və aktiv forması kimi qalacaq:
"Lakin bu o demək deyil ki, bütün vəsaitlər qızılda saxlanmalıdır. Mən vətəndaşlara tövsiyə edirəm ki, investisiyalarını diversifikasiya etsinlər. Tarixən və indi də daşınmaz əmlak ən çox sərmayə cəlb edən sahə olub. Son beş ildə qızılın qiyməti orta hesabla 50%-dən çox artıb — bu, əhəmiyyətli göstəricidir. Lakin daşınmaz əmlakla müqayisədə o qədər də yüksək deyil. Bəzi ölkələrdə və regionlarda torpaq və əmlak qiymətləri 200–250%, yəni təxminən 2–2,5 dəfə artıb".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri