Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

“Qızıl qızdırması”nın ardınca “gümüş sindromu” başlayır? Metal birjalarında yeni tendensiyalar ANALİZ

“Qızıl qızdırması”nın ardınca “gümüş sindromu” başlayır? Metal birjalarında yeni tendensiyalar ANALİZ

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya qiymətli metal birjalarında baş verən yeni “qızıl qızdırması” ilə yanaşı daha bir metalın sürətli bahalaşması müşahidə olunur. Bu, gümüşdür, hansı ki, onun təkcə bəzək əşyası və sağlamlığa müsbət təsir edən metal kimi əhəmiyyəti deyil, həm də sənaye və texnoloji əhəmiyyəti də yüksəkdir.

Gümüş bir neçə ildir ki, qızılın rekord bahalaşma həddi ilə kölgədə qalır, lakin bu il qızılın 55% lkik bahalaşması ilə müqayisədə, onun bahalaşması təxminən 80% olub. Bu o deməkdir ki, gümüşə investisiya qoymaq daha bahalı qiymətli metaldan (qızıldan) daha sərfəlidir.

Hətta bir neçə ildir ki, müxtəlif ölkələrdən olan ekspertlər əhalini öz əmanətlərini qızılla yanaşı, davamlı bahalaşacağı şübhə doğurmayan gümüşdə də saxlamağa çalışır.

Gümüşün bahalaşması rekordlar vurmaqda davam edir. Bu il qiymət artıq ilin əvvəlinə nisbətən 80%-dən çox artıb- 2010-cu illə müqayisədə isə, qiymət 83,3% artıb. Tarixən 2009-2010 və 2020-ci illərdə 40%-dən çox əhəmiyyətli qiymət artımı baş vermişdi.

Gümüşün qiymətinin artmasının bir neçə səbəbi qızılla eynidir. Bunlara ABŞ, Fransa, Yaponiya və digər böyük iqtisadiyyatlardakı geosiyasi və büdcə gərginliyi, inflyasiya və valyuta devalvasiyaları daxildir. İnvestorlar qızıl və gümüş almaqla dollar və avronu gözləyən təhlükələrdən sığortalanmaq istəyirlər. Gümüş qiymətləri 2024-cü ildə 18% artaraq qızıldan daha yüksək qazanc gətirib. Bu artım inflyasiya təzyiqləri və xüsusilə bərpa olunan enerji sahəsində artan sənaye tələbi ilə əlaqələndirilir.

Eyni zamanda, unikal səbəblər var. Buraya bazardakı gümüş qıtlığı daxildir, proqnozlara görə, bu il ödənməyən tələb 800 milyon unsiyaya çata bilər. Gümüş İnstitutunun məlumatına görə, ümumi gümüş təklifi 3% artaraq son 11 ilin ən yüksək səviyyəsinə – 1,05 milyard unsiyaya çatacaq. Bununla belə, ümumi tələb həcminin 1,2 milyard unsiya səviyyəsində qalacağı gözlənilir ki, bu da tələb artımının təklifi üstələyə biləcəyini göstərir.

Gümüş zinət əşyaları və süfrə ləvazimatları bazarında bir qədər zəifləsə də, istehlak elektronikasında və sənaye istehsalında güclü artım proqnozlaşdırılır. Güclü bazar dinamikası, bərpa olunan enerji və günəş panelləri sahəsindəki geniş istifadəsi, eləcə də potensial qiymət artımı gümüşü 2025-ci ildə izlənilməsi vacib olan bir aktivə çevirir.

İnvestorlar uzun illər qızıla diqqət yetirdilər və nəticədə qızıl tarixi rekordlar vurdu. Yalnız bu il əsas investorlar, ilk növbədə, gümüş külçələrə investisiya etməyə başladılar. Gümüş bazarı qızıldan 10 dəfə kiçikdir və bu il ona qızıldan daha çox sərmayə qoyuldu. Nəticədə gümüşün sürətli bahalaşması baş verdi.

Qızıl və gümüş qiymət cəhətdən tez-tez eyni istiqamətdə hərəkət edir (lakin həmişə deyil), lakin bu metallar arasında əhəmiyyətli fərqlər var. Qızıl dəbdəbəli daşınmaz əmlaka bənzəyir, onun əsas məqsədi dəyər saxlamaqdır. Onu mərkəzi banklar və böyük investorlar təcili ehtiyat kimi alırlar, fərdlər isə öz əmanətlərini inflyasiyadan qorumaq üçün alırlar. Gümüş isə daha çox sənaye metalıdır, o daha işgüzardır. Gümüş hər smartfonda, kompüterdə və televizorda olur. Buna görə də yaşıl iqtisadiyyat sahələri gümüşə yüksək tələbat yaradır.

Gümüşə ən çox tələbat sənayedən yaranır. Sənaye tələbinin 2025-ci ildə 677,4 milyon unsiyaya çatacağı proqnozlaşdırılır. Bu, ümumi tələbin təxminən 60%-ni təşkil edir.

Gümüşün (həmçinin qızılın) ən böyük alıcıları Hindistan və Çindir. Onların güclü sənaye bazası, böyük əhalisi var və gümüş zərgərlik məmulatı kimi ənənəvi olaraq ailə sərvəti kimi ötürülür.

Analitiklər hesab edir ki, gümüş investisiya dalğası hələ stansiyanı tərk etməyib. Bununla belə, gümüş digər zərgərlik məmulatları kimi hələ ki ciddi investisiya vasitəsi deyil.

İstənilən zinət əşyaları zərgərdən sifarişlə istehsal olunan məhsuldur ki, burada metalın üzərindəki qiymət artımı 100-200 faizə çata bilər. Yəni alıcının bərabərlik əldə etməsi üçün metalın qiymətinin 100-200 faiz qalxması lazımdır və bu il artım tempi daha da aşağıdır. Üstəlik, satmaq istədiyiniz zərgərlik məmulatınız “lom” qiymətinə- 30 faiz ucuz qiymətə alınacaq.

Qızıldan fərqli olaraq, gümüş daha əlçatan görünür. Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, qiymətli metallar bazarı ucuzlaşmağa başlasa, gümüş qızıldan daha kəskin ucuzlaşacaq. Proqnozlara görə, 2026-cı ilin əvvəlində gümüş bir unsiya üçün 60-65 dollara qədər bahalaşa bilər.Bununla belə, daha sürətli artımın baş verməsi ehtimalı var. Ekspertlər qiymətin 100 dollara çata bniləcəyini də istinsa etmir.

Gümüş bəzi sahələrdə qızıldan üstün keyfiyyətlərə malikdir. Gümüş nitrat AgNO3 tibbi preparat kimi istifadə olunur, protarqol və kollarqol dərman preparatlarının tərkibinə daxildir. Gümüş amalqaması stomatologiyada, xüsusi halda diş protezlərində istifadə olunur.

Qədim zamanlarda insanlar gümüşü su və ərzaq saxlamaq məqsədilə qablar və tutumlar hazırlamaq üçün istifadə edirdilər. Çünki, gümüş bakteriostatik təsirə malikdir.

Məlumdur ki, hər gün milyonlarla hindlilər Qanq çayında çimərək dini ayinlər icra etsələr də yoluxucu xəstəliklərə tutulmurlar. Bunun səbəbi odur ki, bu çayın suyunda yüksək miqdarda gümüş ionları var.

Bu metalın təyinatı çoxtərəfli olduğuna görə ona tələbat həmişə böyük olacaq. Bu səbəbdən gümüşün bahalaşacağı, ən azı ucuzlaşmayacağı şübhəsizdir.

Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see206

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see174

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri