Qızılağac Milli Parkının yaranma günü qeyd olunub
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qızılağac Milli Parkının yaranma günü ilə əlaqədar parkın ərazisində ekoloji maarifləndirici tədbir keçirilib.
XQ Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də Lənkəran rayonunun Balıqçılar kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Görüş zamanı Qızılağac Milli Parkının yaradılmasının əhəmiyyəti, ərazidə mövcud olan zəngin bioloji müxtəlifliyin qorunması, təbii sərvətlərin mühafizəsi və ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasının vacibliyi barədə məlumat verilib.
Bildirilib ki, xüsusilə gənc nəslin ekoloji biliklərinin artırılması, onların təbiətin qorunmasına dair məsuliyyətli və fəal münasibətinin formalaşdırılması ətraf mühitin mühafizəsində mühüm rol oynayır.
Daha sonra məktəblilər Qızılağac Milli Parkının təbii xüsusiyyətləri, zəngin flora və faunası, eləcə də turist marşrutları ilə tanış olublar.
Tədbirin sonunda şagirdlər üçün “Kiçik Körfəz” ərazisində qayıq gəzintisi təşkil olunub.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 28 Sentyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















