Qızılgül altından keçən sabiq icra başçısının qalmaqalı böyüyür “Yaxşı ki, Mozambiki almayıblar” Hafiz Hacıyev SƏRT DANIŞDI
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verildiyi kimi, Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Rumıniyada nə az, nə də çox, 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb.
Bu barədə ilk olaraq jurnalist Elçin Alıoğlu məlumat yayıb.
Xəbər yayılar-yayılmaz ölkə gündəminə bomba kimi düşüb.
Necə ola bilər ki, 10 il öncə, yəni 2016-cı ildə Salyan rayonunun icra başçısı vəzifəsindən azad edilən Tahir Kərimovun oğlu Ümid Abuzərli bu qədər malikanəyə sahib olub?
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Musavat.com-a açıqlamasında keçmiş məmur barədə sərt danışıb:
“Onun barəsində vaxtı ilə də demişəm. Zamanında işçim olub. “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin rəhbəri olduğum vaxt şöbə müdiri idi. Həmin vaxt onu işdən qovmuşam. Çünki əliəyri bir insan idi. İcra başçısı olan vaxt çətirdə gəzirdi, qızılgülün altından keçirirdilər. Özünü kral kimi təqdim etməyə çalışırdı.
Hesab edirəm ki, onlar üçün 40 villa heç nədir. Bəlkə də yüzlərlə villaları var. Xaricdə böyük zavod, fabrikləri var. Düşünürəm ki, bunlar ciddi şəkildə araşdırılmalıdır. Biz hazırda bəzi sahələr üzrə pul xərcləməyə imkan tapmırıq, amma belə qudurğan keçmiş və indiki məmurlar meydan sulayırlar. Bu fikirləri hələ Tahir vəzifədə olan vaxt işlətmişəm. Bu adamlar “maşennik”dirlər. Görməmiş insanlardır. Kreslo görən kimi qamarlamağa başlayırlar.
Son olaraq, 40 gün icra başçısı kimi çalışan Nəsimi rayonunun icra başçısının aqibəti hamımıza məlumdur. İctimai rəydə belə şəxslər xoşagəlməyən durum yaratmağa çalışırlar. Bunu artıq deputatlar da dilə gətirirlər. Tahir tək deyil. Məsələn, Gəncənin icra başçısının oğlunun maşın kolleksiyası var. 40 deyil, bəlkə də 400 villası var. Hazırda işləyirmi, bəli. Belə şəxsləri vəzifədə olanda cəzalandırmaq lazımdır. İcra başçısının maaşı lap olsun 2 min manat. İndi bu qiymətə xaricdə 40 villa almaq olarmı? Özü də 10 il öncədən vəzifədən getmiş bir şəxsin oğlunun bunu alması mümkündürmü? Təcili şəkildə araşdırmalar başlamalıdır.
Ölkədə “Xalq Fondu” yaradılmalıdır və belə vəsaitlər ora köçürülməlidir. Sonra da lazımi sahələrə yönəldilməlidir. Bu cür saymazlıq olmaz. Belə şəxslər kimdir? Yaxşı ki, Tahirlər gedib Mozambiki almayıblar. Belə malikanələr geri alınmalı və satılmalıdır. Bunun üçün həmin adları keçən ölkələrə müraciət olunmalıdır. Onlar da görəcəklər ki, bunlar haram pullardır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Fevral 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















