Problemli kreditlər niyə artıb? İqtisadiyyatı çətin vəziyyətə salır
Icma.az bildirir, Olke.az portalına istinadən.
Son illər Azərbaycanda kredit götürənlərin sayı artsa da, ödəniş intizamı ilə bağlı problemlər diqqət çəkir. Rəsmi rəqəmlərə görə, bu il iyul ayının sonuna problemli kreditlərin həcmi 529,38 milyon manata çatıb ki, bu da ötən illə müqayisədə 17,9 faiz çoxdur.
İqtisadçı ekspert, professor Elşad Məmmədov Ölkə.az-a açıqlamasında bildirib ki, problemli kreditlərin artımının əsas səbəbləri pul kütləsinin azlığında, kredit faizlərinin yüksək olmasında, kreditlərin əlçatanlığı ilə bağlı olan problemlərdə axtarılmalıdır.
Onun sözlərinə görə, pul kütləsinin ölkədə kəskin şəkildə artımına ehtiyac var:
"Bunun üçün sözsüz ki, əlçatan kreditləşmə reallaşdırılmalıdır, kredit şərtləri yüngülləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, pul kütləsi azdırsa, onda ödəmə qabiliyyəti düşür və təbii olaraq ödənişlərdəki problemlər bütövlükdə maliyyə sektorunda və ümumən iqtisadiyyatı da çətin vəziyyətə salır. Ona görə də pul kütləsinin artımına, kreditləşmə şərtlərinin yüngülləşdirilməsinə, məqsədli kredit xətlərinin aktiv şəkildə reallaşdırılmasına ehtiyac var. Bu istiqamətlərdə müvafiq işlərin görülməsi, fikrimcə, problemlərin xeyli dərəcədə azaldılmasına şərait yarada bilər".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 01 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















