Icma.az
close
up
RU
Qızılın dövrü bitdi? Daha dəyərli element tapıldı

Qızılın dövrü bitdi? Daha dəyərli element tapıldı

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər mediada qızılla bağlı yayılan xəbərlər ictimaiyyətdə ciddi maraq və müzakirələrə səbəb olub. Söhbət NASA tərəfindən araşdırılan və Marsla Yupiter arasında yerləşən 16 Psyche asteroidindən gedir.
Demokrat.az xəbər verir ki, 16 Psyche adi asteroidlərdən fərqli olaraq əsasən metal tərkiblidir və elm dünyasında “metal dünya” kimi tanınır. NASA-nın rəsmi açıqlamalarında bildirilir ki, bu asteroid əsasən dəmir və nikeldən ibarətdir və onun parçalanmış bir planet nüvəsi ola biləcəyi ehtimal edilir. Məhz bu xüsusiyyətinə görə Psyche missiyası elmi baxımdan böyük əhəmiyyət daşıyır.
Lakin bəzi media orqanlarında iddia edildiyi kimi, asteroidin “qızıl yatağı” olması və ya Yerə gətiriləcəyi təqdirdə qızılın dəyərdən düşəcəyi barədə fikirlər elmi faktlarla təsdiqlənmir. Alimlərin açıqlamalarına əsasən, 16 Psyche-də qızılın yüksək miqdarda olması barədə konkret sübut yoxdur. Aparılan araşdırmalar asteroidin əsasən sənaye metallarından ibarət olduğunu göstərir.
Digər diqqətçəkən məqam isə “10 min katrilyon dollar” kimi təqdim olunan dəyər hesablamalarıdır. Bu rəqəmlər rəsmi elmi qiymətləndirmə deyil, sadəcə asteroidin ehtimal olunan metal kütləsinin Yer üzərindəki bugünkü bazar qiymətləri ilə nəzəri müqayisəsidir. Mütəxəssislər vurğulayırlar ki, bu cür hesablamaların real iqtisadi dəyəri yoxdur və praktik tətbiqi mümkün sayılmır.
NASA-nın Psyche missiyasının əsas məqsədi də iqtisadi qazanc deyil. Kosmik agentlik asteroidə göndərilən aparat vasitəsilə planetlərin necə formalaşdığını, metal nüvələrin quruluşunu və Günəş sisteminin erkən mərhələlərini öyrənməyi hədəfləyir. Hazırkı texnologiya ilə asteroiddən metal çıxarılması və Yerə gətirilməsi mümkün deyil və yaxın perspektivdə də belə bir plan mövcud deyil.
Nəticə etibarilə, 16 Psyche asteroidi elmi baxımdan son dərəcə maraqlı olsa da, onun “qızılı dəyərsiz edəcəyi” və ya “dünya maliyyə sistemini çökdürəcəyi” ilə bağlı yayılan xəbərlər daha çox sensasion xarakter daşıyır.
Kənan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Fevral 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see288

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see285

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see281

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see265

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see255

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see251

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see240

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see236

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see235

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see234

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see222

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see221

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see220

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see220

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see216

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see211

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see209

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see206

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see201

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri