Qızılın qiyməti 112 dolları ötüb Yeni bahalaşma
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qızılın qiymətində yenidən rekord göstərici qeydə alınıb. Cümə günü səhər saatlarında qızılın qiyməti 40 dollar artaraq bir troya unsiyası üçün 3 496 dollar həddinə çatıb. Bununla da bir qram xalis qızılın qiyməti 112,4 dollara yüksəlib.
Sfera.az xəbər verir ki, bahalaşmaya səbəb ABŞ administrasiyasının iri qızıl külçələrinin idxalına rüsum tətbiq etməsi ilə bağlı xəbərlərdir.
Avqustun 8-də ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidməti 1 kiloqram və 100 unsiya çəkisində olan iri qızıl külçələrinin idxalına rüsum tətbiq etdiyi barədə KİV-də xəbər yayıldı. Bu qərar, dünyanın ən böyük qızıl emalçısı olan İsveçrəyə ciddi təsir göstərə bilər. Belə ki, bu ölkə hər il ABŞ-yə 8-10 milyard dollar dəyərində qızıl ixrac edir.
Altay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 08 Avqust 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















