Icma.az
close
up
RU
Qızılın qiyməti rekord hədlərə yaxınlaşır QURUM RƏSMİSİ DANIŞDI

Qızılın qiyməti rekord hədlərə yaxınlaşır QURUM RƏSMİSİ DANIŞDI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Son günlər ərzində qlobal əmtəə bazarlarında qızılın qiymətində ardıcıl artım tendensiyası müşahidə olunur. Bu artım, xüsusilə dünyadakı geosiyasi qeyri-müəyyənliklər, dünya iqtisadiyyatında tənəzzül təhlükəsi və mərkəzi bankların qızıl ehtiyatlarına tələbinin rekord həcmdə artması ilə izah olunur". Bu sözləri SİA-ya açıqlamasında Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib.

Onun sözlərinə görə, hazırda London Əmtəə Birjasında (LBMA) qızılın bir unsiyasının qiyməti 3,380–3,400 ABŞ dolları aralığında dəyişir ki, bu da tarixi maksimuma yaxın səviyyə hesab olunur: "Bu göstəricilər fonunda müxtəlif əyar dərəcələrinə malik qızıl məmulatlarının qramla satış qiymətləri təxmini olaraq aşağıdakı kimidir:

• 999.9 əyarlı qızılın 1 qramı təxminən 109 ABŞ dolları və ya 185 manat,

• 750 əyarlı qızılın 1 qramı 82 ABŞ dolları və ya 139 manat,

• 585 əyarlı qızılın 1 qramı isə 64 ABŞ dolları və ya 108 manat civarındadır.

Ümumilikdə, qızılın qiymətində müşahidə olunan artım tendensiyasının yaxın gələcəkdə də davam edəcəyi proqnozlaşdırılır. Bu isə həm investorların risklərdən sığortalanma məqsədilə investisiya aləti kimi qızıla olan yüksək tələbatından, həm də geosiyasi və makroiqtisadi amillərin təsirindən qaynaqlanır. Belə şəraitdə qızıl yalnız zinət əşyası deyil, həm də dayanıqlı investisiya aləti kimi aktuallığını qoruyur".

R. Əmircanov qeyd edir ki, qızılın qiymət dinamikasına təsir edən əsas faktorlar sırasında qlobal inflyasiya, ticarət münasibətlərindəki gərginliklər, geosiyasi risklər və mərkəzi bankların qızıl ehtiyatlarına tələbinin rekord həcmdə artması xüsusi yer tutur: "Bu amillər qızılın həm təhlükəsiz investisiya vasitəsi, həm də strateji ehtiyat kimi əhəmiyyətini artırır. Bütün bu faktorlar qızılı təkcə zinət əşyası deyil, eyni zamanda strateji ehtiyat və investisiya aləti kimi aktuallaşdırır. Hazırkı geosiyasi qeyri-müəyyənlik fonunda qızılın bir unsiyasının 3,500 ABŞ dolları həddini keçəcəyi ilə bağlı proqnozlar mövcuddur. Bu isə investorların diqqətini etibarlı investisiya aləti kimi daha çox bu metala yönəldir.

Dünya bazarında qızılın bahalaşması Azərbaycana necə təsir göstərir?

Azərbaycanın qiymətli metallar bazarında da qlobal qiymət tendensiyaları öz əksini tapmaqdadır. Xüsusilə son aylarda yerli bazarda qızıl məmulatlarının satış qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Bu bahalaşma dünya birjalarındakı dinamikanın təsiri ilə yanaşı, daxildə tələbin artması və idxal olunan məhsulların maya dəyərinin yüksəlməsi ilə də bağlıdır.

Ən çox təsir isə pərakəndə satış seqmentində hiss olunur. Bu seqmentdəki qiymət dəyişiklikləri həm qızılın beynəlxalq birjalardakı qiyməti üzrə dalğalanmalarla, həm də yerli iqtisadi və ticarət şərtlərinin dəyişməsi ilə birbaşa əlaqəlidir. Xüsusilə xarici valyuta kurslarındakı dəyişikliklər, nəqliyyat və logistika xərclərinin artması, satış qiymətlərinə birbaşa təsir göstərir.

Beləliklə, qızılın qiymətindəki artım təkcə qlobal təsirlərlə deyil, həm də regional və lokal faktorlarla formalaşır. Mövcud geosiyasi risklər və iqtisadi qeyri-sabitlik fonunda Azərbaycanda da qızıl təkcə zinət əşyası deyil, həm də etibarlı sərvət və strateji investisiya vasitəsi kimi əhəmiyyətini artırır.

Azərbaycanda isə bu proses sadəcə qiymət artımı ilə məhdudlaşmır – bazarda struktur dəyişiklikləri, ticarət strategiyalarının yenilənməsi və istehlakçı davranışlarında adaptasiya meyilləri də müşahidə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 May 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri