Icma.az
close
up
RU
Qızxanım nənənin 1918 ci ildə tikdirdiyi Soyuqbulaq Araşdırma

Qızxanım nənənin 1918 ci ildə tikdirdiyi Soyuqbulaq Araşdırma

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Soyuqbulaq kəndi Laçın rayonunun Qarıqışlaq inzibati ərazi dairəsində tarixi yaşayış məntəqəsidir. Kəndi Qarabağ vulkanik yaylasının Hoçaz dağ silsiləsinin şimal-şərq yamaclarında, Ərtəpə dağının ətəklərində və Həkəri çayının sahilinə yaxın mövqedə yerləşir. Ərazi meşəlik və alp çəmənlikləri ilə əhatəlidir. Kəndin ən yüksək nöqtələri Soyuqbulaq və Ərtəpə zirvələridir.

Göründüyü kimi, Soyuqbulaq həm adını, həm də tarixini bölgənin təbii sərvəti olan bulaqlardan alır. Ərazidə çoxsaylı bulaqlar mövcuddur. Soyuqbulaq-Mişni massivində 150 civarında bulaq olduğu vurğulanır.

Kəndin əsas və əsrarəngiz bulağı 1918-ci ildə kəndin sakinlərinin mənsub olduğu Gəloxçu elindən olan mötəbər və xeyriyyəçi qadın- Qızxanım tərəfindən inşa edilmişdir.

Laçın şəhər sakini, yenidən məskunlaşan rayonun vətəndaş cəmiyyəti liderlərindən olan İsabalı Əsgərov bildirir ki, bu bulaq Soyuqbulaq kəndinin əsas simvolu saymaq olar:

"Soyuqbulaq XIX əsrdə Qarıqışlaq kəndinə məxsus binələrdən biri kimi formalaşıb. Sonradan həmin binədə daimi məskunlaşma baş verib və kənd müstəqil yaşayış məntəqəsinə çevrilib. Adını isə təbii sərin bulaqdan alıb".

Qeyd olunur ki, tarixən kəndin əsas məşğuliyyəti heyvandarlıq olub. Qonur və yaşıl dağ yamacları, zəngin çəmənliklər və su ehtiyatları kənd təsərrüfatı üçün əlverişli şərait yaradıb. Soyuqbulaq ərazisinin yaxınlığında yerləşən Mişni kəndinin coğrafi və təbii xüsusiyyətləri də oxşardır.

"Burada “Yanıx düz”, “Çimənlər”, “Kəvşən”, “Çökəklər”, “Batıxlar”, “Çalbayır” kimi qədim türk toponimləri geniş yayılıb. Bu adlar Soyuqbulaq və ətraf ərazilərin qədim türk məskəni olduğunu sübut edir"- İsabalı Əsgərov bildirir.

1992-ci ildə Soyuqbulaq kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal illərində kənddə qismən yaşayış olsa da, ermənilər evləri və infrastrukturu dağıdıblar. Ərazidəki bulaqların bir çoxu zərər görüb, tarixi bulaq - Qızxanım nənənin inşa etdirdiyi əsrarəngiz çeşmə baxımsız qalıb.

Fotoda: Soyuqbulaq kəndinin sakinləri öz yurdlarını ziyarət edir, əraziyə qayğı göstərirlər

Bu dövrdə kəndin əsas iqtisadi fəaliyyəti tam dayanmış, yerli əhali məcburi köçkün kimi Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışdı.

Soyuqbulaq kəndi 1 dekabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Kəndin azad olunması ilə yerli sakinlər arasında doğma yurda qayıdış ümidləri yenidən dirçəlib.

Hazırda kəndin tam bərpası istiqamətində planlar hazırlanır.

Kənd sakinləri hesab edirlər ki, Soyuqbulaq-Mişni massivindəki bulaqların bərpası bölgənin inkişafına ciddi töhfə verə bilər.

İşğal dövründə zərər görmüş bu yaşayış məntəqəsinin yenidən dirçəldilməsi Azərbaycan dövlətinin azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa siyasətinin mühüm hissəsidir. Bəli, Soyuqbulaq təkcə bir kəndin deyil, bütövlükdə Laçın bölgəsinin yenidən həyat qazanmasının təcəssümüdür.

Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi çərçivəsində hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Noyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri