Icma.az
close
up
RU
Qlobal arenada azərbaycanlı qadın: Kembricdən beynəlxalq liderliyə uzanan yol

Qlobal arenada azərbaycanlı qadın: Kembricdən beynəlxalq liderliyə uzanan yol

Icma.az, Azertag portalına istinadən məlumat verir.

London, 24 noyabr, AZƏRTAC

“PwC”nin London ofisində Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə konsaltinq əməliyyatlarına rəhbərlik edən baş əməliyyat direktoru (COO), “BMT Qadınlar Təşkilatının Böyük Britaniya ofisinin (UN Women UK) İdarə Heyətinin üzvü və “Women of the Future”, “Women in Finance Awards” kimi nüfuzlu platformaların mükafat laureatı olan azərbaycanlı Xəyalə Eylazova qlobal biznes və inklüziv liderlik sahəsində tanınmış ekspertlərdən biridir. O, “Microsoft”un qlobal baş ofisindəki uzunmüddətli fəaliyyətindən başlayaraq “PwC”də 30-dan çox ölkəni əhatə edən geniş əməliyyat şəbəkəsinə rəhbərlik etməsinə qədər uzanan karyerası ilə müxtəliflik, innovasiya və böyük miqyaslı transformasiya proseslərinin inkişafına mühüm töhfə verib.

Kembric Universitetinin “Wo+Men Leadership” mərkəzində fakültə üzvü və mentor kimi minlərlə qadının inkişafına dəstək göstərən Xəyalə Eylazova, həmçinin Kembric Universiteti ilə birgə yazdığı “Shaping the Success” kitabı ilə gələcək qadın liderlərinin formalaşmasına töhfə verir.

AZƏRTAC-a müsahibəsində o, qlobal arenaya aparan liderlik yolundan, qadınların qarşısındakı görünməyən maneələrdən, Azərbaycandakı qadınların potensialından və gələcək planlarından danışıb.

-Siz həm “Microsoft”un Qlobal Baş Ofisində çalışmısınız, həm də “PwC”də hazırda yüksək vəzifədə çalışırsınız. Karyeranızın ən həlledici dönüş nöqtəsi hansı olub və bu gün sizi ən çox nə motivasiya edir?

-Karyeramda ən böyük dönüş nöqtəsi “Microsoft”un Azərbaycan ofisindən İrlandiyadakı qlobal baş ofisinə keçidim oldu. O zaman ilk dəfə anlayırdım ki, iş yalnız vəzifə deyil, özünü tapmaq prosesidir. Dünyanın hər yerindən insanlarla işləmək mənə göstərdi ki, həqiqi inkişaf fərqli düşüncələri bir araya gətirəndə baş verir. Bu, mənə düşüncə sərhədlərinin əslində nə qədər geniş ola biləcəyini göstərdi. Qlobal perspektiv insanı qərar qəbuletmə tərzindən tutmuş özünəinama qədər həm peşəkar, həm də şəxsi olaraq dəyişdirir. Orada mən ilk dəfə qlobal miqyasda düşünməyin, müxtəlif bazarlarda rəqabət aparmağın və innovasiyanın gücünü dərindən anladım. Bu gün məni ən çox motivasiya edən isə iki şeydir: bir insanın həyatına və inkişafına kiçik də olsa təsir edə bilmək və insanların potensialını açmaq və mürəkkəb sistemləri sadələşdirərək şirkətlərdə real transformasiya yaratmaq.

-“PwC”də Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə konsaltinq əməliyyatlarına rəhbərlik edən baş əməliyyat direktoru kimi geniş coğrafiyanı əhatə edən bir komandaya rəhbərlik edirsiniz. Gördüyünüz iş tam olaraq nəyi əhatə edir. Fərqli mədəniyyətləri birləşdirən liderlik metodlarınız nələrdir?

-Bu vəzifə 30-dan çox ölkəni əhatə edən çoxşaxəli bir əməliyyat quruluşunu optimallaşdırmaq, konsaltinq biznesinin səmərəliliyini artırmaq və region üzrə vahid transformasiya yol xəritəsi yaratmaqdır. Buraya strateji planlaşdırma, əməliyyat dizaynı, rəqəmsallaşma, resurs strategiyası və böyük miqyaslı dəyişiklik layihələri daxildir. Bu komandaya rəhbərlik etmək həm məsuliyyətlidir, həm də çox zəngin bir təcrübədir. Hər gün fərqli ölkələrdən insanlarla işləyirəm, bəzən eyni məsələni üç fərqli mədəniyyətdə tamamilə fərqli şəkildə izah etməli oluram. Bəzən isə ən çətin qərarlar ən gözlənilməz ölkələrdən gələn ideyalarla həll olunur.

Liderliyim 3 prinsipə əsaslanır: insanları ilk olaraq insan kimi görmək, onların gücünə inanmaq, fikirlərinə hörmət etmək. Komanda üzvlərinə məsuliyyət və məkan vermək həm innovasiyanı artırır, həm də müxtəliflikdən real dəyər yaradılır. İkincisi, mədəniyyətlərarası təvazökarlıq çox önəmlidir. Mən inanıram ki, liderlik eyni reseptlə hər yerdə işləmir. Hər ölkənin iş tərzini, hər komandanın ritmini hiss etməli və liderlik stilini ona uyğunlaşdırmalısan. Sonda isə şəffaflıq və qarşılıqlı etimad; böyük strukturda dönüşümü yalnız etibar idarə edə bilər… Hər mədəniyyət eyni dildə danışmır, amma hər bir insan hörmət və güvən dilini anlayır.

-“UN Women UK”in idarə heyətində çalışmaq sizə qadınların qlobal problemlərini birbaşa görmək imkanı verir. Sizcə, bu gün qadınların qarşısında duran ən böyük görünməyən maneə nədir?

-Bir çox amillər var. Bu gün qadınların qarşısında duran ən böyük görünməyən maneə özünəinam boşluğu və psixoloji baryerlərdir. Problem təkcə resurs çatışmazlığı deyil; qadınlar çox zaman potensiallarını göstərmək üçün eyni start xətinə belə yaxınlaşa bilmirlər, “yetərincə hazır deyiləm” sindromudur. Qadınlar çox zaman hələ tam mükəmməl olmadıqlarını düşündükləri üçün irəli addımlamaqdan çəkinirlər. Halbuki kişi həmkarlarının çoxu mükəmməlliyi gözləmədən cəsarətlə risk edir.

Görünməyən maneə cəmiyyətin illərlə formalaşdırdığı incə mesajlardır: “sakit ol”, “təhlükəsiz seçim et”, “özünü çox yorma”. “UN Women UK”də bu psixoloji baryerlərin nə qədər real və dərin olduğunu hər gün görürəm. Stereotiplər, qeyri-rəsmi şəbəkələrə girişin məhdud olması və qərarverici masalarda təmsilçiliyin azlığı onların irəliləməsini ləngidir. Bu maneələri qırmaq üçün siyasətdən tutmuş biznesə qədər bütün sistemlər inklüziv düşüncəyə keçməlidir. Bəzən elə bilirik ki, hər şeyi mükəmməl etməliyik, hər rolu eyni anda daşımalı, heç vaxt səhv etməməliyik. Bu görünməyən yük qadınların səsini içində boğur. Məncə, qadınlar ən çox özlərini sərbəst buraxmağa, “yetərincə yaxşıyam” deməyə ehtiyac duyurlar.

-“Shaping the Success” kitabını Kembric Universiteti ilə birgə müəllif kimi yazmısınız. Bu kitabın hazırlanması zamanı sizi ən çox təəccübləndirən və ilhamlandıran məqam nə oldu?

-Kitabı yazarkən məni ən çox təəccübləndirən şey insanların nə qədər həssas və bir o qədər də güclü olmaları idi. Hər liderin hekayəsində bir qırılma nöqtəsi, bir ağrı, bir yenidən doğuluş var idi. Kitabın hazırlanması prosesində məni ən çox təəccübləndirən məqam uğurlu insanların hekayələrindəki ümumi nümunə oldu: onların hər biri çətinlikləri üstünlüyə çevirməyi bacarmışdı. Ən çox ilham verən isə bu idi ki, uğur təkcə istedad və zəhmətdən ibarət deyil, doğru mentorluq, icma dəstəyi və davamlı özünüdəyişmə də əsas rol oynayır. Kitab mənə göstərdi ki, liderlik fərdi yol deyil; insanın özündən çox geniş bir ekosistemlə bağları var.

-Mükafatlarınız və fəaliyyətiniz sizi bir çox gənclərə rol model edir. Amma sizin özünüzün rol modeliniz kim olub? Hansı məsləhət sizi bu günə qədər müşayiət edib?

-Mənim rol modellərim tək bir şəxs olmayıb. Mən hər zaman güclü qadınların yol açdığı hekayələrdən ilham almışam, istər ailəmdəki qadınlar, istər mənə yol göstərən mentorlar. Amma bir məsləhət var ki, həmişə mənimlədir: “Öz gücünə inanmasan, heç kim inanmayacaq”. Bu sözləri hər dəfə çətin qərar verəndə xatırlayıram. Çünki bəzən ən çox ehtiyac duyduğumuz şey başqasının dəstəyi deyil, özümüzə verdiyimiz icazədir.

-Siz həm Azərbaycan, həm İrlandiya, həm də Böyük Britaniya biznes mühitini yaxından tanıyırsınız. Bu üç ölkənin qadın liderlik ekosistemini müqayisə etsəniz, ən fərqli və ən oxşar cəhətlər hansılardır?

-Azərbaycan qadınlarının qeyri-adi bir dözümlülüyü və çevikliyi var, bu, tarixdən gələn bir gücdür. İrlandiyada qadınların bir-birinə olan dəstəyi və icma ruhu çox güclüdür. Böyük Britaniya qlobal biznes mərkəzi olaraq qadın liderlərə böyük platforma və beynəlxalq ekspozisiya verir. Amma hamısının ortaq nöqtəsi var: qadınlar dəyişiklik yaratmaq istəyir və bunu bacarırlar. Azərbaycan isə böyük potensiala malikdir. Burada qadınlar çox çalışqan, iddialı və sürətlə yüksəlməyə hazırdır. Azərbaycan dinamik şəkildə dəyişir, burada qadın liderlik daha çox təşəbbüskar qadınların şəxsi iradəsi və öz gücünə inamı ilə formalaşır. Azərbaycanın üstünlüyü ondadır ki, qlobal düşüncəyə açıqlığı çox yüksəkdir. Sadəcə ekosistemin onları daha çox gücləndirəcək struktur dəstəyə ehtiyacı var.

-Gələcək planlarınız nələrdir? Xüsusilə Azərbaycandan olan gənc qadınlara və tələbələrə hansı mesajı vermək istərdiniz?

-Gələcək planlarım transformasiya layihələrində daha geniş təsir yaratmaq, qadın liderlik təşəbbüslərini beynəlxalq səviyyədə gücləndirmək və yeni nəsil liderlərin yetişməsinə daha çox yatırım etməkdir.

Azərbaycanlı gənc qadınlara mesajım isə sadədir: Özünüzü heç vaxt coğrafiya ilə məhdudlaşdırmayın. Potensialınız qlobaldır. Dil öyrənin, özünüzə sərmayə qoyun, mentorlar tapın və ən əsası, arzularınızı kiçiltməyin. Dəyişiklik yaratmaq üçün icazə gözləməyin. Heç vaxt öz xəyalınızı özünüzə belə kiçiltməyin. Dünyanın istənilən yerində ola bilərsiniz.

-Bir çox beynəlxalq tədbirlərdə çıxış etmisiniz, dünyanın müxtəlif ölkələrindən liderlərlə işləmisiniz. Sizcə, Azərbaycanın qadın liderlərinin dünyaya təqdim edə biləcəyi unikal üstünlük nədir?

-Azərbaycan qadınlarının ən böyük üstünlüyü çevik mədəniyyət sintezidir, ruhun gücü və adaptasiya bacarığıdır. Biz həm Şərqin emosional dərinliyini, həm Qərbin analitik düşüncəsini içimizdə daşıyırıq. Bu ikisinin birləşməsi isə çox az toplumda var. Bu sintez dünya liderliyi üçün inanılmaz bir üstünlükdür, həm strateji, həm emosional, həm də mədəni cəhətdən balanslı bir liderlik modeli yaradır. Dünyaya təqdim edə biləcəyimiz ən unikal şey: çətinliklərdən güc çıxarmaq bacarığıdır, dünyagörüşüdür.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see279

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see222

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see193

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see148

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see144

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see140

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see139

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see133

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see129

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see128

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see126

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see126

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see126

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see125

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see124

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see124

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see123

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see123

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri