Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq arenada: Qlobal ədalət və bərabərlik prinsipi

Azərbaycan beynəlxalq arenada: Qlobal ədalət və bərabərlik prinsipi

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İSTİQAMƏT: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan beynəlxalq birliyə inteqrasiyanı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdi. Ölkə, həm region ölkələri, həm də qlobal aktorlarla siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığını genişləndirərək öz mövqeyini dünya xəritəsində daha da möhkəmləndirib.

Azərbaycanın geosiyasi mövqeyi -Cənubi Qafqazda yerləşməsi, Avropa ilə Asiya arasında körpü rolu oynaması, zəngin enerji resursları və sabit daxili siyasi mühiti, ölkəni beynəlxalq tərəfdaşlar üçün etibarlı və cəlbedici edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli enerji layihələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu artırıb.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində də Azərbaycan mühüm addımlar atıb. BMT, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurumlarla fəal əməkdaşlıq edilir. 2011-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərək, beynəlxalq arenada sülh və təhlükəsizliyin təşviqinə öz töhfəsini verib. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə, qlobal ədalət və bərabərlik prinsiplərinin müdafiəçisi kimi çıxış etdi və bu mövqeyini qəti şəkildə davam etdirir.

Azərbaycanın regional əməkdaşlığa da xüsusi önəm verməsi ölkənin Cənubi Qafqazda sabitlik və tərəqqiyə verdiyi dəyərin göstəricisidir. Türkiyə, Gürcüstan, Rusiya, İran və Orta Asiya ölkələri ilə münasibətlər qarşılıqlı hörmət və maraqlara əsaslanır. 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Azərbaycan regionda nəqliyyat və enerji infrastrukturunun inkişafı üçün təşəbbüslərlə çıxış edir. Zəngəzur dəhlizi bu baxımdan yeni əməkdaşlıq imkanları və kommunikasiya xəritəsinin yenidən qurulması deməkdir.

Bütün bu addımlar Azərbaycanın dünya birliyində etibarlı tərəfdaş, təşəbbüskar dövlət və dialoqa açıq ölkə imicini gücləndirir. Qlobal çağırışların artdığı bir dövrdə Azərbaycanın fəal beynəlxalq siyasəti həm milli maraqların təmininə, həm də beynəlxalq sülh və əməkdaşlığa xidmət edir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Ümid Partiyasının Mərkəzi Aparınının rəhbəri, siyasi-şərhçi Taleh Əliyev deyib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın həm regional proseslərdə, həm də beynəlxalq miqyasda mövqeyi kifayət qədər möhkəmləndi, ciddi bir aktora çevrildi:

“Qlobal proseslərdə Azərbaycanın daha çox COP-29 çərçivəsində oynadığı mühüm rolu göstərə bilərik. Eyni zamanda Azərbaycanın Fransa müstəmləkələrinin azadlıq hərəkatını dəstəkləməsi və “Bakı prosesi” adlı möhtəşəm bir fəaliyyəti göstərmək olar. Regional məsələlərdə isə artıq Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq regionunda kifayət qədər aktiv proseslər başlayıb.

Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-Pakistan, Türkiyə-Azərbaycan-Suriya üçlü formatlarında münasibətlər kifayət qədər inkişaf edib. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı naliyyətlə özünü müstəqil bir dövlət kimi təsdiq etməklə yanaşı, həm də dəyişən dünyada yeni dünya düzənin formalaşdığı bir ərəfədə kifayət qədər aktiv mövqe sərgiləyir.

İstər regional, istərsə də qlobal layihələr Azərbaycan önəmli fiqura çevrilib. Bu məsələdə Azərbaycanın Orta Dəhliz layihəsi üzərində aktiv rol oynamasını vurğulamaq lazımdır. Bu dəhliz türk dünyasını birləşdirəcək və bu da Türkiyə-Azərbaycan tandeminin yeni dünya düzənində yaratdığı platformadır ki, bunun da həm iqtisadi, həm siyasi, həm də digər məsələlərdə ciddi naliyyət deməkdir. Bu isə Azərbaycanın beynəlxalq əməkdaşlıqda artan nüfuzunun göstəricisidir".

T.Əliyev əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dönəmdə də beynəlxalq aləmdə aktiv siyasi oyunçu olduğunu göstərdi:

“Bu gün də Azərbaycan məhz bu təşkilatın vasitəsilə onun yan strukturlarının-Gənclər Təşkilatının, Parlament Assambleyasının yaradılması ilə bu qurumun da aktiv fəaliyyəti üçün lazımı addımları atır. Bu vasitə ilə də beynəlxalq siyasi proseslərdə öz rolunu icra edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan yeniləş dünyada iddialı ölkə olaraq proseslərdə iştirak edir. Atılan bütün addımlar da dövlət və milli maraqlar çərçivəsindədir”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Avqust 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri