Icma.az
close
up
RU
Azərbaycanlı şagirdin beynəlxalq arenada uğuru FOTOLAR

Azərbaycanlı şagirdin beynəlxalq arenada uğuru FOTOLAR

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Azərbaycanlı şagird Nəzrin İsmayılzadə beynəlxalq səviyyəli Kopernik Olimpiadasında "Science Dünya 2” nəticəsi göstərərək gümüş medal qazanıb. Bu uğur onun uzunmüddətli zəhmətinin, intizamlı hazırlığının və elmə olan sevgisinin nəticəsidir.

Xeberle.com-un əməkdaşı gənc olimpiadaçı ilə hazırlıq prosesi, qarşılaşdığı çətinliklər və gələcək planları barədə söhbətləşib.

– Nəzrin, ilk olaraq səni Kopernik Olimpiadasında "Science Dünya 2” nəticəsi və gümüş medal qazanmağın münasibətilə təbrik edirik. Bu uğur xəbəri sənə çatanda ilk reaksiyan necə oldu?

– Çox sağ olun, çox minnətdaram. Xəbəri eşidəndə çox sevindim. Həm həyəcanlı, həm də qürurlu idim. Orada rəqiblərimin hamısı çox güclü idi, amma mən də özümə inanırdım və bu inam məni irəli apardı.

– Olimpiadaya hazırlaşmağa nə vaxtdan başlamışdın və gündəlik hazırlıq prosesin necə keçirdi?

– Azərbaycandakı mərhələni keçdikdən sonra ciddi şəkildə hazırlaşmağa başladım. Olimpiada haqqında mümkün qədər çox araşdırma etdim, proqram və mövzularla tanış oldum. Özümə gündəlik plan qurmuşdum – hansı mövzunu, nə qədər və hansı mənbədən oxuyacağımı əvvəlcədən müəyyənləşdirirdim.

– Elm fənləri arasında ən çox hansını sevirsən və niyə?

– Riyaziyyat və elm fənlərini – biologiya, kimya və fizikanı çox sevirəm. Uşaqlıqdan riyaziyyata marağım olub və bu fənni yaxşı bilmişəm. Digər elm sahələri də mənə çox maraqlı gəlir, çünki araşdırma və düşünmə tələb edir.

– Kopernik Olimpiadasında səni ən çox çətinləndirən tapşırıq və ya mərhələ hansı oldu?

– Açığı, tapşırıqlardan çox səfər məni çətinləşdirdi. Birbaşa reys olmadığı üçün əvvəl İstanbula, sonra isə Texasa uçduq. Saat fərqi və uzun uçuş məni çox yordu. Amma yarış mərhələsində özümü toparlaya bildim və tapşırıqlar mənə o qədər də çətin gəlmədi. Həmçinin qeyd edim ki, Kopernik Olimpiadasında Azərbaycanı iki nəfər təmsil edirdi.

– Bu uğura gedən yolda müəllimlərinin və ailənin dəstəyi sənin üçün nə dərəcədə önəmli idi?

– Müəllimlərimin və ailəmin dəstəyini hər zaman hiss etmişəm. Xüsusilə anamın dəstəyi mənim üçün çox dəyərlidir. Onlara çox təşəkkür edirəm. Onların inamı mənə əlavə motivasiya verib.

– Səncə, uğur qazanmağında ən böyük rol oynayan xüsusiyyətin nədir?

– Məncə, ən vacib xüsusiyyət səbrlə və dözümlə çalışmaqdır. Heç vaxt "bacarmaram” deyə düşünməmək lazımdır. Ümidsizliyə qapılmadan davam etmək uğurun əsas şərtidir.

– Məktəb dərsləri ilə olimpiada hazırlığını necə balanslaşdırırsan?

– Məktəbimə də təşəkkür edirəm, çünki bizi beynəlxalq olimpiadalara hər zaman dəstəkləyir və şərait yaradır. Əlbəttə, həm dərsləri, həm də olimpiada hazırlığını birlikdə aparmaq çətindir. Mən əvvəlcə məktəb tapşırıqlarımı yerinə yetirir, qalan vaxtımı isə olimpiadaya ayırırdım. Xüsusilə şənbə və bazar günləri daha çox məşğul olurdum.

– Gələcəkdə özünü hansı sahədə görürsən? Elm sahəsində konkret bir arzun varmı?

– Açığı, bu barədə hələ dəqiq qərar verməmişəm. Amma arzum riyaziyyat və ya biologiya sahəsində elmi araşdırmalar aparmaq, bir tədqiqat mərkəzində çalışmaqdır. Ola bilsin ki, gələcəkdə başqa bir sahəyə də yönələm. Düşünürəm ki, hələ qərar vermək üçün tezdir.

– Olimpiadalarda iştirak etmək istəyən digər şagirdlərə nə məsləhət görərdin?

– Çox çalışsınlar və heç vaxt vaz keçməsinlər. Ən əsası isə özlərinə inansınlar.

– Qarşıdakı dövrdə yeni hədəflərin nələrdir?

– Daha çox beynəlxalq olimpiadalarda iştirak etməyi planlaşdırıram. Hazırda aprel ayında İtaliyada keçiriləcək SOSMO olimpiadasının final mərhələsinə hazırlaşıram. Ümid edirəm ki, orada da uğur qazanacağam.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Mart 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri